İnsanlar niyə çilli olur?

Müəllif: guler19
Şərhlər:
Baxılıb: 703
Paylaş:
Səs ver:
(səs: 3)
Araşdırma.

Bəzi adamların niyə çilli olduğunu lazımınca izah edə bilmək üçün əvvəl dəriyə rəng verən şeyin əsasını öyrənməliyik. İnsan dərisinin müəyyən bir rəngi almasında ən əhəmiyyətli faktor müxtəlif irqlərdən adamlarda melanin miqdarındakı fərqlilikdir. Başqa cür desək, melanin miqdarının müxtəlifliyi insanlarda dərinin başqa-başqa rənglərdə olması baxımından ən önəmli rolu oynayır. Həyatın ibtidai, aşağı təbəqədən nümunələrində kərtənkələlərin və müəyyən bəzi balıqların rəng dəyişdirə bilmələri melanin sayəsində olur. Melanin insanlarda yalnız bədənin rəngini müəyyən etməklə qalmır. Uzun müddət günəş altında qalmağın çox zərərli təsirlərinə qarşı da qoruyucu vəzifəsi və funksiyası vardır. Melanin dəri üstünün ən alt təbəqəsi boyu yayılmış xüsusi hüceyrələr tərəfindən hasil edilir. Bildiyimiz kimi epiderma dərimizin incə xarici təbəqəsidir. Melanin istehsal edən xüsusi hüceyrələr "melanosif"lər adlandırılır. Bütün bu açıqlamalardan sonra, indi "çil"in nə olduğu sualına keçək.

Çil, sözügedən hüceyrələrin, yəni melanosiflərin müəyyən təbəqə və nöqtələrdə intensiv şəkildə qruplaşmış olmasının nəticəsidir. Çillərin sarımtıl qəhvəyi olması da bu səbəbdəndir. Melanin piqmentləri sarımtıl qəhvəyidir. Burada qarşımıza başqa bir sual çıxır. Nə üçün bəzi insanlar çilli, əksəriyyəti isə çilli deyil? Bizim çilli ya da çilsiz olmamız, ana və atalarımızın vəziyyətləri, görünüşləri ilə müəyyən olunan bir şeydir. İnsanlardakı çillərin rəngi qızıl rəngindən tünd qəhvəyi rəngə qədər dəyişikliklər göstərə bilər. Bu hal həmin şəxsin dərisinin günəşə və istiliyə məruz qalmasının dərəcəsilə bağlıdır. Günəş şüaları çillərin rəngini qaraltmağdan başqa, yeni melanin yaranmasına da imkan yaradır. Başqa sözlə desək, günəş işığı yeni və bol melanin yaradır. Melanin miqdarı artdıqca, dərinin rənginin tündləşməsi təbii bir şeydir. Elə bu səbəbdən tropik bölgələrdə davamlı və şiddətli günəş şüalarına məruz qalanların dərilərinin rəngi tünddür. Ağ dərili insanlar yay aylarında günəş altında qaldıqda melanin çoxalması nəticəsində qaralırlar. Eyni şəkildə qapalı yerlərdə tətbiq olunan ultrabənövşəyi şüaları da dərinin günəş altında qalmış kimi yanıb qaralmasını təmin edir. Yəni, fərqli miqdarlarda olan melanin insanın cildinin rəngini müəyyənləşdirməklə yanaşı, bəzi insanlardakı "çil"lərin də səbəbi və mənbəyidir.

loading...
(səs: 3)
Şərhlər:
Baxılıb: 703
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri

Aylıq arxiv