Ən çox verilən 20 sual

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 2 454
Səs ver:
(səs: 0)
Dünyanın ən məşhur elmi dərgilərindən olan "BBC Focus” illərdir insanları ən çox maraqlandıran sualları müəyyən edib. Həmin 20 sualı və onların cavablarını təqdim edir:

1. OK (Yaxşı) nəyin qısaltmasıdır?
Bununla bağlı ən populyar ehtimal budur: "All Correct”in (hər yer yaxşıdır) qısaldılmış "Oll Korreckt” formasında səhv yazılmış olması və elə "OK” kimi də qalması.

2. Solaxaylar daha ağıllıdılar?
Bu vaxta qədərki elmi araşdırmalar solaxayların sağ əlini işlədənlərdən daha yaradıcı, ya da ağıllı olduqlarını göstərməyib.

3. Niyə qızdırmamız olanda üşüyürük?
Qızdırma bədənin öz termostatının hərarətini yüksəltməsi ilə yaranır. Ancaq insan tərləmədiyi, ya da qan təzyiqi qalxdığına görə üşüyür.

4. Soğan doğrayanda niyə ağlayırıq?
Soğan doğrayanda havaya "lachrymatoryfactor” adlı ferment yayılır ki, bu da gözdə qaşıntı yaradır. Göz isə özünü qorumaq üçün yaş axıdır.

5. Siqaretdən asılılıq neçə siqaretdən sonra yaranır?
Vacib olan siqaretin sayı deyil. Asılılıq səhər oyananda ilk siqareti nə vaxt yandırmağınızla bağlıdır. İlk siqaret çəkiləndən sonra asılılıq bir il ərzində formalaşır.

6. Dəniz havası almaq şəfalıdırmı?
Şəhərdən uzaqda, dəniz kənarında yaşamaq şəfalı ola bilər. "Dəniz havası”, yəni dənizdən gələn gözəl qoxu sahildə yaşayan bir bakteriya sayəsində yaranır. Ancaq alimlər bakteriyanın sahildəki havanı daha da çirkləndirdiyini müəyyən ediblər.

7. Hamı evində qalsa, qrip qurtarar?
Bəli. Qlobal karantin qrip virusunun sonu olar, amma bir insanın çölə çıxmağı kifayətdir ki, virusun yenidən yayılsın.

8. Bitkilər qocalıb ölə bilərmi?
Bəzi bitkilər yaxşı qulluq edildikdə insan ömründən də çox yaşaya bilərlər. Amma mövsümi bitkilərin ömrü qısadır.

9. Saqqız mədədə həmişəlik qalır?
Xeyr. Saqqız udulanda həzm olunmur, amma ən gec üç gün ərzində bədəndən ifraz olunur.

10. Öz-özünə danışanlar dəlidir?
Xeyr. İnsanların tək, yaxud pis olanda öz-özlərinə danışmaları olduqca normaldır.

11. Kişilərdə sellülit olur?
Portağal qabığı kimi dəri təkcə qadınlarda yox, kişilərdə də olur. Kişilərdə sellülit əsasən boyun və qarın bölgələrində rastlanılır.

12. Quşlar həqiqətən islanmır?
Quşlar dimdiklərində hazırladıqları yağı tüklərə sürtürlər. Bu da suyun yağı keçərək tükə keçməsinin qarşısını alır. Yəni quş tükləri suya davamlıdır.

13. Kosmosdakı ən soyuq yer haradır?
Dünyanın 5 min işıq ili uzaqlığında olan böyük toz və qaz buludu Bumeranq Nebulada temperatur mənfi 272 dərəcədir.

14. Rəqəmsal fotolar 100 il qalır?
Kağızda çap olunsa, ya da gün işığından qoruna bilən CD-də saxlansa, qalar.

15. Havaya atılan su necə buz kimi düşə bilər?
Mənfi 30 dərəcədə havaya atılan su yerə buz kimi düşür.

16. Niyə qaşınırıq?
Qaşınmaq dərinin yüngülvarı xəbərdarlığıdır. Bunun böcək dişləməsinə qarşı qoruyucu mexanizm olduğu da təxmin edilir.

17. Niyə ozon təbəqəsini ozon qazı ilə doldurmuruq?
Antarktika üstündəki ozon dəliyi Amerikanın sahəsindən daha böyük ərazini tutur və oranın yenidən doldurulmaq üçün on milyonlarla ton ozon lazımdır. Bu miqdarda ozonun nəqlinin qiyməti isə stronomik dərəcədədir.

18. Qüsursuz görmə nədir?
Göz həkimlərinin gözü yoxlamaq üçün istifadə etdikləri lövhələrdəki hərflərin hamısını 6 metrlik uzaqlıqdan görmək qüsursuz görmə sayılır.

19. Mikroblarda da mikrob olur?
Bəli. Mikroblara yapışan daha balaca mikroblar da var.

20. Niyə tək yumurta əkizlərinin barmaq izləri bir-biri ilə eyni deyil?
Tək yumurta əkizləri eyni DNT-yə sahib olsalar da, tamamilə eyni deyillər. Xarici görünüş genləri müəyyən etmir. Barmaq izləri isə bədəndəki hormonlarla əlaqəlidir. İki hüceyrənin hormon səviyyəsi fərqli olduğu üçün barmaq izləri də eyni olmur.
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 2 454
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri