Ən yaxşı giriş cümlələri

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 2 174
Səs ver:
(səs: 1)
Bəzən tanımadığımız, bilmədiyimiz əsərləri ya ilk cümləsindəncə sevmiş, ya da bəyənməyib bir kənara qoymuşuq.
Bir əsərin sevilməsi üçün onun ilk cümləsi olduqca böyük əhəmiyyət daşıyır.
Əsərin ilk cümləsi qarmağa keçilirmiş yem kimidir, oxucu "ilişdimi”, vəssalam daha əsərdən qopa bilməz.

C. D. Selincer "Çovdarlıqda uçurumdan qoruyan”
"Əgər, siz, doğrudan da, mənim başıma gələn bu sarsaq əhvalata qulaq asmaq fikrindəsinizsə, onda, yəqin, birinci bunu bilmək istəyəcəksiniz ki, mən harada və haçan anadan olmuşam, uşaqlığım hansı bəd əməllərlə əlamətdar olub, mən doğulanacan valideynlərim nə işin sahibi olublar və sair və ilaxır, qısası Devid Kopperfild sicilləməsi; ancaq, düzünü bilmək istəsəniz, mənim bu cür köhnə palan içi tökməyə heç həvəsim yoxdur.”
 
Lev Tolstoy "Anna Karenina”
"Bütün xoşbəxt ailələr bir-birinə oxşayar, bədbəxt ailələrin isə hərəsi bir cür bədbəxtdir.”
 
Ceyn Ostin "Eşq və qürur”
"Pulu olan hər bir subay kişinin özünə bir həyat yoldaşı seçməsinin qaçılmaz olduğu hamı tərəfindən qəbul edilən bir reallıqdır.”
 
Çarlız Dikkens "İki şəhərin nağılı”
"Ağıl çağı idi, axmaqlıq çağı idi həm də. İnanc çağı idi, eyni zamanda da inkar çağı idi. Bir tərəfdən aydınlıq, digər tərəfdən də qaranlıq mövsümü yaşanırdı. Ümidin baharı idi, ümidsizliyin qışı. Hər şeyimiz var idi, amma heç nəyimiz yox idi. Hamımız düz cənnətə doğru gedirdik, amma hamımız cəhənnəmə də gedirdik.”
 
F. S. Fiscerald "Möhtəşəm Qeytsbi”
"Yeniyetmə vaxtımda atam bir nəsihət vermişdi, hələ də qulağımda sırğadır: nə zaman birinə qarşı tənqidi yanaşmalı olsan, unutma, hamı sənin imkanların daxilində dünyaya gəlməmişdir!”
 
F. Nitşe "Hakimiyyət Əzmi”
"Böyük mövzular, onlar haqqında ya susmağı, ya da lap yüksək danışmağı tələb edir, yəni çəkinmədən və nöqsansız.”
 
Frans Kafka "Çevrilmə”
"Qreqor Zamza bir səhər qorxulu yuxulardan oyandığında özünü çarpayısında böyük bir böcəyə çevrilmiş gördü.”
 
Albert Kamyu "Yad”
"Bu gün anam öldü. Bəlkə də dünən ölüb, bilmirəm. Ahıllar evindən teleqram aldım: "Ananız vəfat etdi. Dəfn sabahdır.”
Baş açmaq olmur, bəlkə elə dünən ölüb.”
Boyuk movzular onlar haqqında ya susmagı, ya da lap yuksək danışmagı tələb edir, yəni cəkinmədən və noqsansız.
 
Qabriel Qarsia Markes "Vəba dövründə eşq”
"Həmişə belə idi: Acı badam qoxusu həmişə ona nakam eşqlərin taleyini xatırladırdı. Həkim Urbino neçə ildir önəmini itirmiş bir işlə maraqlanmaq üçün gəldiyi, alaqaranlıq otağa girdiyi vaxt bunun fərqinə vardı. Antil adalarından olan qaçqın Xeremiya de Sent-Amur, müharibə veteranı, uşaq fotoqrafı və həkimin şahmat üzrə ən üzüyola rəqibi qızıl sionidi ilə intihar edərək xatirələrinin işgəncələrindən özünü xilas eləmişdi.”
 
Çak Palannik "Boğulma”
"Əgər bunu oxumaq niyyətindəsinizsə, fikrinizdən vaz keçin.”
(səs: 1)
Şərhlər: 6
Baxılıb: 2 174
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri