O kimdir

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 2 261
Səs ver:
(səs: 1)
"O" Azərbaycan gəncidir.

"O”nun qürur adlandırdığı xəbis təkəbbürü isə məkan formasına keçəndə, yəni barmaqlarla klaviatura ilə həkk edildikdikdə, onsuz mövcud muzeyə - "mesaj qutusu”na daha bir eybəcər eksponat əlavə olunur. Bənzətməm Nobel laureatının qulağından iraq !

"O"un lüğətində anlayış sözü yoxdur. Çünki "O" güzəşt etməyəcək, bəhanələrə aldanmayacaq qədər ağıllıdır. Axı kompromis- fikrinin arxasında dura bilməyən, zəiflər üçün xarakterdir.

"O" özünə güvənir.Nəqliyyatda kiminsə səhvən başqa dayanacaqda düşdüyünün şahidi olsa, "O” istehzalı gülüşlə gülər, gözləri ikrahla parlayar. Çünki bilir, özü heç vaxt bu cür axmaq səhv edə bilməz. Mümkün deyil!

"O" düşüncəlidir. Möhtəşəm yeraltı səltənətdə - metroda yan oturacaqda məs; başını "Vərəm" kitabının səhifələrində qərq eləmiş biri otursa, yerini dəyişib, qatarın lap o biri başındakı boş yerdə oturar. Aydındır ki, kitab biçarə, bədbəxt tələbəni xəstəliyə yoluxdurmuşdur.Sağlamlığının qayğısına qalmalıdır, ya yox ?!

"O" uzaqgörəndir. Kimsə "Psixiatrik xəstəxana harda yerləşir?"- soruşsa, ona göz almaları bu saniyə həndəvərindən çıxacaq kimi təəccüblə baxıb, ağızucu, sözləri kəlbətinlə çəkirmişsən kimi cavab verər. Axı "O"ndan dəlixana yeri soruşurlar. Qarşısındakının sabahın psixiatrik xəstəsi olmadığı "dahi O"na nə məlum?!

"O" müasirdir. "Bu, mənim etnik kökümdür", fikirləşib milli musiqiyə qulaq asan heç kəs "O"nun dostu ola bilməz. Şur, Rast, Seygah, Rəşt... "O”na nə maraqlıdı ki, bunlar Milli İrsdir?! Yaxud dostluq üçün daha dərin dəyərlər var!

"O" sözün əsl mənasında insanpərvər,köməksevərdir. "O"na saman çöpündən asılı olanda yardım əli uzadan hər kəsin həmin vaxt gözləri üstdə yeri var.

"O" cəsarətlidir. Öz mənfi cəhətlərini etiraf edəcək qədər cəsarətli, amma hələ onları aşkarlaya bilməyib.

Və sonda
"O" təəssüf edir. Təəssüf edir ki , hər kəs "O"nun kimi deyil.

Müəllif: Anonim
(səs: 1)
Şərhlər: 3
Baxılıb: 2 261
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri