"Ölüm qoxusu"nun tərkibi müəyyən olundu

Müəllif: my_angel
Şərhlər: 7
Baxılıb: 2 615
Səs ver:
(səs: 0)
Putresin ilə kontakt aqressiv davranışa səbəb olur.

Britaniyalı psixoloqlar "ölüm qoxusu”nun əsas tərkib hissəsi olan kimyəvi maddənin insanda kəskin reaksiyaya səbəb olduğunu aşkar ediblər.

Bu barədə Frontiers in Psychology jurnalında məlumat verilib.

Putresin (çürümə prosesində arginindən əmələ gələn zəhərəli amin) ilə hətta qısamüddətli kontakt da gərgin və aqressiv davranışa gətirib çıxarır.

Arno Uismen və onun həmkarları dörd eksperiment keçiriblər, onlar putresinə bilərəkdən və bilməyərəkdən verilən reaksiyanı müəyyən etmək istəyiblər. Aydın olub ki, maddənin havada hətta ən kiçik konsentrasiyası zamanı insanlar narahatçılıq, həyəcan, qaçmağa və ya aqressiv müdafiəyə hazırlıq nümayiş etdiriblər ("vur, ya da qaç” reaksiyası).

Alimlər qeyd ediblər ki, bir - yeganə kimyəvi birləşmənin qoxusunun insanda təhlükə və insanın davranışını dəyişmək siqnalı kimi qəbul edilməsi ilk dəfə idi ki, aşkar edilib. Daha öncə yalnız tər iyinin yaratdığı təhlükənin kimyəvi siqnalları məlum idi.

2015-ci ilin sentyabr ayında digər alim qrupu "ölüm qoxusu”nun dəqiq tərkibini aydınlaşdırıb. Mütəxəssislər belə qənaətə gəliblər ki, insan orqanizminin toxumalarının çürüməsindən öncə insan cismi təzə biçilmiş, eləcə də təzə balıq iyi verir. Ölümdən sonra ifraz edilən birləşmələr arasında alimlər geksanal (məhz onun sayəsində yeni biçilmiş otun xarakterik iyi olur), indol (kəskin iyi ilə seçilir) və trimetilaminin adını çəkirlər.
(səs: 0)
Şərhlər: 7
Baxılıb: 2 615
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri