Biz və mız

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 1 844
Səs ver:
(səs: 1)
Əlindən heç nə gəlməyən, əlindən nəsə iş gətirmək istəyənlərə gülən və hər şeyə söz qoşan bir millətik. Ən yaxşı bunu bacarırıq çünki.Fərqi yoxdur biz kimik,nəçiyik .Yeddidən-yetmiş yeddiyə hamımızın mız qoyduğu nəsə var.Biri yazıb ki,”Kimə baxırsan blogu var”. Ə bəyəm pisdiki bu?! Sevinməliyik ki,bu adam pis işlə məşğul deyil,fikirlərini bölüşür bizlərlə.

Mən rasizmin necə alçaq bir şey olduğunu vurğulayıram.Yanımdakı durub deyir ki,filankəs qızını başqa rayona ərə verib.Nə bilim nə zibili varmış ki,ört-basdır etmək üçün yad rayona ərə veriblər.Yad rayonee özü də!

Xariciyə ərə getmək-əvvəl istədim bu başlığı ayrıca bir yazıya çevirim.Gördüm yox,bu elə bu mövzunun bir hissəsidir.Yəqin ki,sizin də qohumlarınızdan kimsə və ya,qonşunuzdan biriləri xariciyə ərə gedib.Və ola bilsin ki,iki ildən bir nə yaxşı,hər il nə yaxşı yayı gəlib "ata evi”ndə keçirir.Siz pıçıltıyla onun haqda deyilənlərə qulaq vermisiz? Amma mən diqqət yetirmişəm.Yaşı 25-45 arasında olub amma 52-53 kimi göstərən arvadlar(qadın yox) elə  bəxtəvər qadınlara bir mənalı baxmır,onlar haqda bir mənalı dedi qodu edib,vedrə  bağlamırlar.Düşünürlər ki,o bəxtəvər,xoşbəxt qadınlar xariciyə ona görə ərə gedib ki,çoxlu sayda eyibləri olub.Görüb ki,bu mühitdə ört-basdır edəmməyəcək evlənib xariciylə.Çünki bu  bədbəxtlər özləri nə vaxtsa ərlərinə pula,mala aldanaraq gəlib.Gələndə də görüblər ki,bəs heç nə yoxdu. Sevginin nə olduğunu bilmədikləri üçün düşünürlər ki,hamı pul üçün hərəkət edir.Düşünürlər ki,o qadınları heç kim namusu hesab eləmir,qısqanılmırlar,bəlkə heç  həyat yoldaşı yox,başqa məqsədlə aparılıblar xaricə.Təsəlli verirlər bu üsulla özlərinə.Artıq özlərinə sual vermirlər ki,mən baş tacı olub,kişinin namusu,qeyrəti olub,qısqanılıb hansı hörməti görmüşəm ?! Başqa məsələlərdə də bu cürdür  elə.Bəlkə xırdalamağa yoxdur ehtiyac ? Yəni,insanlar özlərini müzakirə ,mühakimə etmir.Özünü doğru bilir.Aynaya baxmır ki.görsün üzünü,özünü.Başqaları isə daima onun gözünün önündədir deyə daha rahatdır ki,başqasını çəkib-çevirəsən.Mız qoyasan.Və ya "dəvəquşu başını soxur kolluğa,arxasınnan xəbəri olmur” misalı burada lap yerinə düşər.

Çoxlarımızın tanıdığı reper,yazar olan biri var.Öz həmcinslərinin sosial şəbəkələrdə yersiz yerə onu tənqid,təhqir etməsinə şahid olmuşam.Müdafiə yox müşahidə etmişəm.Və belə qərara gəlmişəm ki,onu gözü götürməyənlər,həyatda heç nəyə nail olmayanlardır. Xüsusən də qız ələ keçirmək istəyib , lakin, məqsədinə nail olmayan,kitab oxumayan və ya oxuyub amma qız tuta bilməyən tayfanın nümayəndələridir.Elələri də var ki,yersiz yarqılamağın ona xeyir gətirməyəcəyini hamımızdan  əla bilir,buna görə də hörmət sahibi olur.

Məcbur edirlər ki,söhbətin başını yenə gətirib bağlayaq təhsilə.Yəni,bir düşünün.Oxumuş,təhsilli birinin nəyinə lazımdır ki,bu söhbətlər ? Onları ev,uşaq,ailə,özləri,peşələri maraqlandırır.Belə ucuz,cılız söhbətlər yox.Gördüyümüz kimi   pis olan nə    varsa bekarçılığın məhsuludur.

Müəllif: Gülara Səlim
(səs: 1)
Şərhlər: 2
Baxılıb: 1 844
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri