Qaynananız ilə birlikdə yaşayarsınız ?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 0
Baxılıb: 2 181
Səs ver:
(səs: 0)

http://imgs.su/tmp/2012-02-08/1328726511-435.jpg

Yoldaşınızı çox sevirsiniz, o da ailəsini...
Xüsusilə qaynananızla aranızın yaxşı olmasına baxmayaraq birlikdə yaşamaq bəzi problemlərə, hətta xəstəliklərə səbəb ola bilər!

Qaynana ilə birlikdə eyni ev altında yaşamanın qadınların sağlamlığına mənfi təsir göstərdiyi bildirildi.

Alimlərə görə, geniş ailədə yaşayan qadınların ciddi ürək xəstəliklərinə tutulma riski digər qadınlara görə 3 qat daha çoxdur...
Daily Mail qəzetinin xəbərinə görə, alimlər evdə həm bir qız övlad həm ana həm də yoldaş rollarının stresiyle yaşamanın, təzyiqin yüksəlməsinə və hətta şəkər xəstəliyinə gətirib çıxararaq ürək problemlərinin qapısını açdığını ifadə edirlər.
Yapon alimləri, ailə həyatının sağlamlıq üzərindəki təsirini anlamaq üçün sağlam orta yaşdakı 91 min qadın və kişi üzərində 14 il davam edən araşdırma apardı.

1990-2004 illər arasında araşdırmaların 671'ində damar xəstəlikləri görüldü. 339 adam ürək xəstəliyindən ölərkən 6255'i digər səbəblərdən dünyasını dəyişdi.
Araşdırma nəticəsində, geniş ailədə yaşayan qadınların ürək xəstəliyinə tutulma riskinin yalnız yoldaşıyla yaşayanlara nisbətən 3 qat çox olduğu təyin olundu. Araşdırmaya görə, uşaqlarla yaşamaq da uşaqsız yaşayanlara nisbətən bu riski iki qat artırır.

Səhiyyə mütəxəssisi Prof. Hiroyasu İso, geniş ailədə yaşamanın qadını ürək xəstəliyinə uyğunluğu artıran siqaret, içki kimi vərdişlərdən uzaq tutduğunun düşünüldüyünü xatırladaraq, ancaq 'müxtəlif ailə rollarını boynuna götürməkdən qaynaqlanan stresin' qadının bu xəstəliklərə qarşı həssaslığını əhəmiyyətli ölçüdə artırdığını söylədi.

P.S. Bəs siz, qaynananızla birlikdə yaşayardınızmı?

Fikirləriniz... Gəlin müzakirə edək...

 

(səs: 0)
Şərhlər: 0
Baxılıb: 2 181
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri