Yad əlin sizə toxunmağından narahatsınız? – Sorğu

Müəllif: Mr. OffiCeR
Şərhlər: 11
Baxılıb: 3 002
Səs ver:
(səs: 2)
İngiltərənin Oksford Universiteti olduqca maraqlı sorğu keçirib.

Sorğu qadın və kişilərin toxunuşa qarşı olan maraqlı fikirlərini ortaya çıxarıb.

Psixoloqlar bildirirlər ki, yeni tanışların sağollaşarkən bir-birlərini yanaqlarından öpmələri adi hal alsa da, sorğu göstərib ki, bir çox insan əli istisna olmaqla, bədəninin hər hansı bir yerinə toxunulmasını xoşlamır.

Sorğuda 5 ölkədən (İngiltərə, Fransa, Finlandiya, İtaliya və Rusiya) 1300 nəfər iştirak edib. Sorğu zamanı qadın və kişilərə insan bədəninin fotosu təqdim edilib. Onlardan özlərinə və sevgililərinə toxunulmasından narahat olmayacaqları yerlərə işarə qoymaları istənilib.

Sorğu göstərib ki, insanlar ilk tanışlıqda, sadəcə, əllə salamlaşmağa normal baxırlar. Yeni tanış olduqları insan tərəfindən qola toxunulması, əlin belə, çiyinə qoyulması pis qarşılanır.

Sorğunun  ortaya çıxardığı digər maraqlı faktlar isə belədir:

*Toxunulmaq ən çox ingilisləri narahat edir

*Kişilər dostluq mərhələsində belə olsa, həmcinslərinin toxunuşlarından narahat olurlar.

*Qadınlar dostlaşdıqdan sonra həmcinslərinin toxunuşlarından narahatlıq keçirmirlər.

*Kişilər üçün yeni və ya köhnə tanışlığın fərqi yoxdur, toxunan bir qadındırsa, narahat olmaq ağıllarına belə gəlmir.

Xatırladaq ki, ötən il basketbolçu Lebron Ceyms matç izləməyə gələn İngiltərə şahzadəsi Uilyam və onun xanımı Keyt Middlton ilə şəkil çəkdirmiş, bu zaman əlini Keyt Middltonun çiyninə qoyaraq qalmaqal yaratmışdı.
(səs: 2)
Şərhlər: 11
Baxılıb: 3 002
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri