Hər fikir intihar etsin...

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 1 798
Səs ver:
(səs: 0)
Dinlədiyim musiqi ötən günləri yada salır. Yaddaşım  onu tərk edir bir anlıq. ”Keçmiş keşmişdə qalmalıdı” kimi fikirlər irəli sürür. Yaddaşımamı  əsəbiləşim  yoxsa  hətta  yaddaşımın belə sənin qoyub  getdiyin keçmişimi istəməməsinəmi? Nəyə üzülüm görəsən? Artıq bir daha dönməyəcək keçmişiməmi yoxsa bir daha istəmədiyim o günlərəmi?Mən özümlə bacarmıram. Çünki mənlə bacaran tək insan idin.İndi dənizə də getsəm məni qəbul eləməz. Atar hərhansısa bir sahilinə balıqları ilə dost olmağımı istəmədiyi üçün. İntiharı düşündüyüm üçün məni bağışla çünki çox adam sevməz bu sözü. Çox adam dərk edə bilməz intiharın səbəblərini.Məni bağışlayın gənclər...Sizə pis örnək oluram.Siz intihar etməyin əsla ! Amma yaşamaq da bir yerə qədər.Yaşamaq limitin dolanda məcbur qalıb gedirsən.Bəlkə də gedə bilmirsən.Səbəb ? Sadəcə geridə qoyduqlarımızdır.Səbəb sadəcə bizim olmayan bir keçmişi yenidən qaytarmaq istəyimizdir.Səbəb ölümlə qarşıqarşıya gələn ümidlərimizdir.Səbəb məqsədimizin olmasıdır.Səbəb sevgimizdir,məhəbbətimizdir.Səbəb bu yolun sonunun necə bitəcəyini səbirsizliklə gözləmək hissimizdir.Səbəblər çoxdur...Və çox səbəblər varkən bəzi məqsədlər yarıda qala bilər.Hətta intihar belə...

Mən dinlədiyim bəzi mahnılarda çoxdan intihar etdim.Və bəzi mahnılar həyatdan imtina etdiyimizdə bizə xoş gələr.Çünki onlar bizim kimilər üçün yazılmışdır.Ən azından o bəstəkarlara təşəkkür edirəm düşündüyü üçün biz yazıqları.Görəsən yazarkən özləri acı çəkirmir?Ya da acı çəib yazırlarmı?Görəsən yazıçıların,şailərin hamısı yazdıqlarını yaşayıbmi?Görəsən müğənnilər müsiqini yaşayaraqmı oxuyur?Görəsən biz çoxdanmı intihar etdik?Biz özümüzü bu hala salacaq qədər acizləşdikmi?Bəlkə də ...

Sizə deyəcəyim son sözlərim... Ümidlərinizi diri-diri məzara gömdünüzsə, fikirləriniz bir anda süquta uğradısa hisslərinizə deyin intihar etsin.Yaşaması onsuzda mənasızdı. Sizə qalan qaranlıq otaqdakı tüstüdən yaranan fikirlər olacaq ... Onları da sərxoş edin getsin...
 
Müəllif: Bəyaz Məmmədova
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 1 798
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri