Bədbəxt olmağımızın səbəbləri

Müəllif: Mr. OffiCeR
Şərhlər: 1
Baxılıb: 3 724
Səs ver:
(səs: 1)

http://imgs.su/tmp/2012-02-10/1328853738-435.jpg

Xoşbəxt olmağın birinci yolu, zehnimizi sahib olmaq istədiklərimizdən çevirib, əlimizdə olanlara yönəltməkdir.

Siz sahib ola bilmədiyiniz şeyləri düşünməyin, dərhal bu gün əlinizdəkilərin dəyərini bilərək onların dadını çıxarmağa baxın.

Xoşbəxt insanlar, bu anda olduqları yerdə və sahib olduqlarıyla edə biləcəklərinin ən yaxşısının edərlər.

Bədbəxt insanlar da sahib ola bilmədikləri şeylərin qayğısını yaşayarlar.

Hər insan, dünyasını öz zehnində meydana gətirər.

Ağlında meydana gətirdikləri insanı bədbəxt edirsə, edilməsi lazım olan, ağıdakı düşüncələri yeniləriylə dəyişməkdədir.

Allah insana bir çox şey verdi, amma insan bunları görmür.

Biz sahib ola bilmədiklərimiz üçün kədərlənmək yerinə, sahib olduqlarımızın dadını çıxarmağı öyrənməmiz, bizə böyük xoşbəxtlik verəcək.

Əlimizdə olanlar bizə, həyatı gözəl və dolu dolu yaşamağın zövqünü tanıdacaq.

Sizi xoşbəxt edəcək şeyləri düşünün. Keçmişdə sizi üzən və indi sizi üzəcək hadisələri ağılınızdan çıxarmağı sınayın.

Sahib ola bilmədiklərinizi heç düşünməyin. Sağlam və şən keçən günlərinizi, ən çox xoşbəxt olduğunuz anlarınızı xatırlayın.

Kədərli anlarınızı ağlınızdan söküb atın. Gələcəyə aid ümidlərinizi, xəyallarınızdan həmişə yapışın.

Ziyan olmuş keçmişi düşünməyin. Qaçırdığınız fürsətləri silin həyatınızdan, amma onlardan dərs alın.

Xarici dünyada olanları dəyişdirə bilmərik.

Ancaq, özümüzü və hadisələrə baxışımızı dəyişdirə bilərik.

Hadisələrə qarşı düşüncələrimiz gözəlləşəndə həyatımızın da gözəlləşdiyini görərik.

Hər səhər bizim üçün yeni bir gün, yeni bir başlanğıc, yeni bir ümiddir.

Yaxşı düşüncələrlə başlayan bir gün yaxşı işlərlə nəticələnər.

Bir günün sonunda, axşama çatıb, başımızı yastığa qoyanda, özümüzdən bu yaxşı sualları soruşaq:

• Bu gün nə öyrəndim?

• Bu gün başqaları üçün nə etdim?

• Bu gün həyat keyfiyyətimi nə qədər yüksəltdim?

Bu sualların cavabını müsbət olaraq verə biliriksə, deməli həm inkişaf edirik, həm də xoşbəxtlik deyilən səfərə davam edirik.

Başqalarına xoşbəxtlik versəniz, sizdə xoşbəxtlik taparsınız.

Əgər başqalarına qarşı həmişə yaxşı olmasanız, başqalarından da təbəssüm gözləməyin...

(səs: 1)
Şərhlər: 1
Baxılıb: 3 724
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri