Ovqatın rəngi

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 2 331
Səs ver:
(səs: 2)
ABŞ-ın Roçester Universitetinin mütəxəssisləri insanın əhval-ruhiyyəsi ilə rəng duyumu arasında qarşılıqlı əlaqə aşkar ediblər. Tədqiqatda 127 könüllü tələbə iştirak edib.

Amerika alimləri tədqiqatda iştirak edən könüllüləri iki qrupa ayırıblar. Birinci qrup qəmli süjeti olan videoçarxlara, ikinci qrup isə şən süjetli videoçarxlara tamaşa edib. Eksperimentin ikinci mərhələsində tələbələrə 48 müxtəlif rəng göstəriblər və bu rənglərin hansı rəng kateqoriyasına (sarı, yaşıl, qırmızı və ya göy) aid olduğunu soruşublar. Məlum olub ki, kədərli videoçarxlar rəng duyumunda konkret dəyişikliklər yaradıb. Birinci qrupdakı könüllülər göy-sarı oxdakı rəngləri şən videolara baxanlara nisbətən daha pis ayırd ediblər.

Müşahidə edilib ki, ovqatı təlx olan adamlar dünyanı həqiqətən boz və darıxdırıcı görürlər.
(səs: 2)
Şərhlər: 6
Baxılıb: 2 331
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri