Bilirdinizmi?

Müəllif: Fialka
Şərhlər: 5
Baxılıb: 2 006
Səs ver:
(səs: 1)
Şimali Amrikanın çöllərində yaşayan bu məməli vole (lat, disambiguation) siçanlarının insanlar üçün diqqət çəkəcək məhəbbət davranışları var. İlk baxışdan müşahidəçi üçün bu canlıların nə qədər romantik həyat sürdükləri təəsürratını yaradır. Belə ki, erkək volelər subay olduqları dönəmdə dişilərə fərdi olaraq o qədər də önəm vermirlər. Yəni cütləşmə dönəmlərində dişi seçimində bir o qədər tərəddüt etmir. Təbii ki, əksər canlılar kimi daha sağlam dişi axtarışı bu heyvanlara da xasdır. Ancaq digər fərqli bir davranışlar bu dönəmdə müşahidə edilmir.

Cütləşmə baş verdikdən sonra ciddi şəkildə gələcək həyat yoldaşlarının konturlarını yadda saxlamağa çalışırlar. Güman ki qoxu, rəng və bədən ölçülərindən bunu təyin edirlər. Birgə yuva qurub balaladıqdan sonra erkək volelər heç bir zaman partniyorlarını digər subay və yaxud evli dişilərlə səhv salmırlar. Elm adamları erkəklərin niyə bu cür etdiklərini bilmirlər. Güman edirlər ki, bu ya öz dişisinin lazım olan anda müəyyən edib müdafiə etməsi üçün və yaxud xəyanətə uyğun məqamı təyin etmək üçün edirlər.

Təbiətə bir az rasional diqqət yetirmək kifayət edər ki, orada mövcud olan ən ecazkar canlıların belə heç də insan üçün olmadığı anlansın. İnsanın mövcudluğu digər canlılar kimi oxşar şərtlər altında meydana gəlməsi, mövcud olması eyni mahiyyət və əhəmiyyət kəsb edir.
Bir çox hadisələr var ki, ilk baxışdan bizə xoşagələn və gəlməyən kimi görülsə də, əslində mahiyyətcə bizimlə heç bir bağlılığı olamamaqla, tamam başqa məqsədlərin səbəbindən mövcuddur. Bunu quşlar haqqında da deyə bilərik.

Quşlar bizi daha çox fərqli səsləri və rəngləri ilə heyrətləndirir. Araşdırmalara görə bədən ölçüləri daha kiçik olan quşlar daha ecazkar, xüsusən də müsiqi melodiyalarına çox yaxın oxuma qabiliyyətlərinə sahibdirlər. Səbəb olaraq müəyyən edilib ki, kiçik bədənli quşların səs qutuları insanların səs qutularıyla çox yaxındır. Amma bu oxuma mahiyyəti arxasında qarşı cinsin diqqətini cəlb etməkdir, nəinki insanları valeh etmək. Quşlar həmçinin qarşı cinsi rəngləriylə də cəlb edirlər.

Əgər quşun oxuma imkanları məhduddursa, onun rəng çalarları daha üstün səviyyədə inkşaf etməyə başlayır. Əksinə, əgər quş daha yaxşı oxuyursa, demək, tüklərdə rəng çaları daha məhdud olacaq. Bəzən biz elə quşlara rast gəlirik ki, onda həm çox əlvan rəng çaları, həm də gözəl oxuma müşahidə olunur. Bu üstünlüklər isə bir neçə erkəyə sahib olma və yaxud dişiyə sahib olma səbəbindədir.

Ələddin Əsgərov
(səs: 1)
Şərhlər: 5
Baxılıb: 2 006
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri