Vida nöqtələri...

Şərhlər: 4
Baxılıb: 1 824
Səs ver:
(səs: 2)
Son zamanlar insanları bir kənara qoy, yaşadığım mühit, dörd divar, tingələr, küçələr belə yadlaşıb. Sivilizasiyadan kənar bir insan olmağa başlayıram artıq. Məni maraqlandırmır ki, sən nələr çəkirsən, hansı dərdin sahibisən və yaxud da hansı dərd sənə sahibdir..Nəyimə gərəkdiye sənin dərdlərin, fikirlərin? Ətraf dəyişdikcə müsbətə, yaxşıya getdikcə mən sürtünmə qüvvəsi kimi hərəkətin əksinə doğru irəliləyirəm. Bəlkə də mənim getdiyim yoldu düzgün olan. Bəlkə də mənəm elə tək doğru yolu tapan. Amma hardan bilə bilərəm ki, o yolu sona qədər gedə biləcəm ya bilmiyəcəm? Mən ömrüm boyu həyat yolumda heç vaxt asfalt üzrə addımlamadım həmişə ən sərt olanı seçdim - daşlı,kəsəkli yolu. Həmişə özümü ən pisə öyrətdim və bəlkə də bu səbəbdəndir artıq pessimist düşüncələr sahibdir mənə, beynimə. Bilmirəm bu düşüncələrmidir məni sivilizasiyadan kənarlaşdıram, özümü fərqli hiss etdirən. Amma bu nə qədər yaxşı da olsa bir o qədər də pis bir şeydir. Hər şey sənə yadlaşır, qapanırsan içinə. Bəzən elə məqama yetişirsən ki, içindəkiləri qələmə deməkdən qorxursan . Qorxursan ki, qələm də gedib kağıza deyər və kağız keçər hansısa dırnaq arası dostların əlinə.
Susmaq lazımdır, şair. Bizi bu cəmiyyətdə yox anlayan, yox dinləyən. Artıq sətirlərə belə sığınmaqdan qorxuram... Vida nöqtələri...Son saatlar..
(səs: 2)
Şərhlər: 4
Baxılıb: 1 824
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri