Terrorizm və sülh adına müharibə

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 1 932
Səs ver:
(səs: 1)
Paris kimi şəhərdə necə terakt törədilə bilər?! "Dünyəvi şər”lə birgə törədilən müharibələrin kökündə hansı səbəblər yatır?

Nə vaxtsa terrorçular "dünyəvi şər” üzərində qəti qələbə çalmaq məqsədilə "əbədi sülh” adı altında müharibə üçün bombalayırlarsa və bu, hələ də davam edirsə, deməli, DÜNYA-XƏSTƏDİR!

Son 5 min illiklər ərzində bəşəriyyət təkcə 215 müharibə aparmayıb. Eramızdan əvvəl 3600-cü ildən bəri 15 mindən çox müharibə 3,5 milyard insan həyatı bahasına başa gəlib. Təkcə 20-ci əsr boyunca 80 il müddətində dünya üzərində 154 müharibə baş verib, 100 milyondan çox insanın həyatına qarşılıq.

Filosof Heraklit deyirdi ki, müharibə insan həyatının fenomenlərindən biridir, eynən sevgi və ölüm kimi.

İnsanlar niyə bir-birləri ilə daim müharibə aparırlar? Müharibələrin mahiyyətində sosial şərait, yoxsa insanın təbii mahiyyəti-təcavüzkarlıq, paxıllıq, tamahkarlıq durur?

"Beyəlxalq terrorizmlə mübarizə” üzrə istənilən danışıqlar üstüörtülü məlumat mübadiləsindən başqa bir şey deyil. "Sizin terrorçu-pis terrorçudur, amma bizim terrorçu-yaxşı üsyançıdır.” Əl-Qaidə də belə idi, indi isə İŞİD. Terrorçulardan arzuolunmaz rejimləri devirmək məqsədilə istifadə olunur. Heç kimə sirr deyil ki, bütün bu "terrorçular” ( və ya "üsyançılar”) ən müasir silahlarla təmin olunurlar, muzdlular pul qarşılığında istənilən hökümətə qarşı üsyan qaldıra bilərlər.

Nüvə silahı formal olaraq qadağan olunmadığından "dünyəvi şər”ə əbədi son qoymaq üçün nüvə raketindən istifadə müraciətləri tez-tez eşidilir.

Şəxsən mən hər zaman bombardmanın əleyhinə olmuşam. Baxmayaraq ki, məhz Hiroşima və Naqasiki faciəsi Militarist Yaponiyanın sürətli təsliminə gətirib çıxartdı. Bombardman dünyaya qələbəni qazandıra bilər, amma sülhü əsla. Yaponiya məğlub edilsə də, bu günə qədər sülh müqaviləsi imzalanmayıb.

Mən, ümumiyyətlə, sülh uğrundan bombardmanların qəti əleyhinəyəm. Yaxşı niyyətlər, bildiyimiz üzrə, cəhənnəmə yol açır. Final qələbəni əldə etmək -"sülhü bərqərar etmək” demək deyil. Nə qədər ki, dövləti ədalətsizliyə reaksiya terrora yol açır, çoxbaşlı terroru birdəfəlik məhv etmək mümkün deyil .

Müəllif : Nigar Şahsuvarova
(səs: 1)
Şərhlər: 3
Baxılıb: 1 932
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri