Anosmiya – qoxu hissiyyatının itməsi

Müəllif: my_angel
Şərhlər: 7
Baxılıb: 2 859
Səs ver:
(səs: 2)
Qoxu rəngarənglik, duyula bilən fərqli iylər zövq bəxş etdiyi kimi müxtəlif təhlükələrdən də qoruyur.

Yanıq və ya qaz qoxusunu vaxtında hiss edərək bədbəxt hadisələrin qarşısının alınması həmin duyğu üzvünün normal fəaliyyəti hesabına baş verir.

Burun boşluğunun yuxarı mərtəbəsində yerləşən reseptorlar 200 minə qədər fərqli qoxunu ayırd etməyə imkan verir. Qoxu hissiyyatından məhrum olmaq anosmiya, iybilmənin azalması və ya itirilməsi isə hiposmiya adlandırılır.

Anosmiya və hiposmiya həm anadangəlmə, həm də qazanılmış ola bilər. Anadangəlmə anosmiyaqoxu yollarının inkişaf etməməsi nəticəsində yaranır və bir çox hallarda kəllənin üz və burun hissəsinin anomaliyaları ilə birlikdə müşahidə olunur.

Qazanılmış anosmiya həm mərkəzi, həm də periferik mənşəli ola bilər. Mərkəzi və ya beyin anosmiyası mərkəzi sinir sisteminin ensefalit, meningir, kəllə-beyin travmaları və şiş xəstəlikləri nəticəsində yaranır.

Qoxunun periferik əskikliyi müxtəlif səbəblərdən baş verə bilər:

- funksional anosmiya nevrozlar, isteriya, tənəffüs yollarının infeksion xəstəlikləri və allergik rinitlərlə əlaqədar olur

- respirator anosmiya burun çəpərinin əyriliyi, burun-udlaq şişləri, adenoid kimi patologiyaları zamanı inkişaf edir, hava qoxu sinirinin periferik reseptorları olan hissəyə keçə bilmir

- essensial anosmiya iltihabi proses, travma, termiki və ya kimyəvi yanıqla əlaqədar olaraq qoxu reseptorlarının zədələnməsi zamanı yaranır

- qocalıq anosmiyası – yaşla bağlı burunun selikli qışasının atrofiyası ilə əlaqədar olur.

Anosmiyanın müalicəsinə başlamazdan əvvəl onun mənşəyinə və yaranma səbəbinə dəqiq diaqnoz qoyularaq xəstənin baş beynin komyuter tomoqrafiyası və neyrocərrahın müayinəsindən keçirilir. Qoxunun tədqiqi test vasitəsilə aparılır. Məsələn, rus fizioloqu Bernşteyn qoxu analizatorunun müxtəlif hissələrinə təsir edən 8 müxtəlif ətirli maddədən istifadə etməyi təklif etmişdir. Bu cür müayinə problemin dəqiq lokalizasiyasını və qoxu hissinin itirilməsinin səbəbini aşkar etməyə imkan verir.

Anosmiyanın müalicəsində xalq təbabəti üsulları ilə uğurlu nəticələr əldə etmək mümkündür, lakin təbii üsullarla müalicəyə başlamazdan əvvəl mütləq onun səbəbini aydınlaşdlrmaq lazımdır. Anosmiyanın mərkəzi formalarında proqnoz əsas xəstəlikdən asılıdır. Periferik formalarda isə müalicə tədbirləri burun tənəfüsünün bərpasına, burun boşluğunun və ciblərin sanasiyasına yönəlir.

Reseptlər

- Duzlu su ilə yuma

Burun boşluğu dəniz suyu və ya evdə hazırlanmış duzlu məhlulla gündə üç dəfə yuyulur. Məhlulu hazırlamaq üçün 1 stəkan ilıq suya 1 çay qaşığı xörək duzu və 8 damcı yod əlavə edilir. Hər yumadan sonra hər burun dəliyinə 3 damcı dəmrovotu şirəsi damcıladılır.

- Qıtıqotu şirəsi

Qripdən 10 gün sonra qoxu hissiyyatı bərpa olunmursa, gündə 2-3 dəfə yarıbayarı su və ya təbii sirkə ilə qarışdırılmış qıtıqotu (xren) şirəsindən hər burun dəliyinə 3 damcı tökülür.

- Sugülü tozundan maz

Sugülü otu kölgədə qurudulduqdan sonra sobada aşağı dərəcə temperaturda tam quruyanadək saxlanılır. Qəhvəüyüdəndə xırdalanıb toz halına salınır. 9 hissə sugülü tozuna 1 hissə inək yağı qatılır, şüşə qaba qoyularaq  soyuducuda saxlanır. Hər gün burun dəliklərinin mümkün qədər dərinliklərinə çəkilir.

- Sirkə buxarı

Hər gün isidilmiş tavaya bir qədər təbii üzüm və ya alma sirkəsi tökülür, onun buxarı ilə nəfəs alınır. Prosedur 10 gün  davam etdirilir.

- Çuğundur yarpağının şirəsi

Hər gün çuğundur yarpaqlarının şirəsi ilə bal qarışığı buruna damcıladılır. Qarışığı hazırlamaq üçün 100 ml şirəyə 1 çay qaşığı bal əlavə edilir.

- Teasept dəmləməsi

Bir filtr-bağlama Teasept çayı yarım stəkan suda dəmlənir, gündə 3-4 dəfə hər burun dəliyinə yarım pipet tökülür.

- Fitooil Qara zirə yağı

Fitooil Qara zirə yağı Fitooil Küncüt yağı ilə yarıbayarı qarışdırılır və gündə 2 dəfə hər burun dəliyinə 3 damcıdan salınır.

- Gülümbahar dəmləməsi

Gündə 1-2 dəfə burun boşluğu gülümbahar çiçəklərinin ilıq dəmləməsi ilə yuyulur. 1 xörək qaşığı qurudulmuş gülümbahar çiçəklərinin üzərinə 1 stəkan qaynar su əlavə edilir, 15 dəqiqə su hamamında dəmlənir, soyuyandan sonra istifadə olunur. Prosedur 7-10 gün aparılır.

Eyni qaydada dərman adaçayı və ya evkalipt yarpaqlarının dəmləməsindən də istifadə etmək olar.

- Yovşan tüstüsü

Hər gün yovşan otu yandırılır və tüstüsü ilə nəfəs alınır. Prosedur 1 ay aparılır.
(səs: 2)
Şərhlər: 7
Baxılıb: 2 859
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri