Niyə anasına baxıb, qızını almalıyıq?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 3 062
Səs ver:
(səs: 1)
http://imgs.su/tmp/2012-02-21/1329811147-493.jpg
"Anasına bax, qızını al"

- heçvaxt bu sözlə razılaşmırdım.. "Atalarımız belə deyib!" - deyirdilər mənə.. Amma mən heç vaxt bu fikirlə razılaşa bilmirdim.. Baxırdım anama və baxırdım özümə, görürdüm ki heç anama oxşamamışam! Axı mənlə ailə quran insan anama baxıb, onun xasiyyətinə baxıb mənimlə necə evlənə bilər? həmişə bunu düşünüb gülürdüm.. Bu mümkünsüz və çox ağılsız birşeydir.. Heçbir ağıllı oğlan bunu etməz! İllərlə hamı ilə mübahisə edərdim bu atalar sözünə görə.. Zaman ötdü mən həyatın hər üzünü görməyə başladım.. Ətrafımda ki, rəfiqələrim ailə qurmağa başladılar. Mən zarafatca onlara hər zaman "Yəqin anana baxıb səni alıblar.. Özüvə qalsa idi kim idi axı səni alan?!" deyərdim.. və zarafat yana gülərdim..
Beləcə onların həyatını izləmək məcburiyyətində qaldım.. Niyə məcburiyyətində? Çünki özüm subayam.. Onlarla hər dəfə görüşəndə görüşlərimizdə ancaq ailə haqqında söhbətlər gedirdi.Əvvəllər onlar da subay olanda mövzularımız tam fərqli olardı.. Deyib gülərdik. Amma indi tam fərqlidir.. Hətta elə olur ki, mən ailə qurmayan bir insan ailəli rəfiqəmə məsləhət vermək məcburiyyətində qalıram.. "Hamınızdan sonuncu mən ailə quracam!" deyərdim həmişə onlara..Onlar isə "Yox.. İnanmırıq elə hamıdan 1ci sən ailə quracaqsan" deyərdilər..Amma hərşey mən deyən kimi oldu. Yəqin əvvəldən hiss edirdim. Hissiyatımla həmişə onlardan fərqlənirdim.
Beləliklə gözəl dostluğumuz olan insanlar ailə qurub və hərbinin öz ailəsinə başı qarışıb.. Mən isə subay..Hara istəsəm gedə bilərəm, çünki evdə uşağım yoxdur..
Kimlə istəsəm görüşə bilərəm çünki qadağa edən həyat yoldaşım yoxdur.. Onlar isə yox! Ona görə də mənə onların həyatını izləmək qaldı.. Eynən maraqlı bir serial kimi. Amma bu fərqli idi çünki canlı serial idi və mən bu serialın həm tamaşaçısı həm də bir aktyoru idim.
Niyə "Anasına bax qızını al"? Bəlkə hər dəfə rəfiqələrimin həyat yoldaşlarını görəndə bu sualları onlara verim? bəlkə onlar mənə anladar?
Yox.. bu biraz etik çıxmaz.. ona görədə soruşmuram. Mənim heç ağlımada gəlməzdiki bunu mənə zaman anladacaq. Zamanla mən nələr görürəm..
Çox yaxşı tanıdığım rəfiqələrimin ailə həyatını izlədikcə sanki onların analarını görürəm.. Yadıma gəlir ki, rəfiqələrimizdən birinin anası həmişə həyat yoldaşına əmr etməyi sevərdi.. Eyni səhnəni mən rəfiqəmin ailəsində də gördüm.. Digər rəfiqəmin anası həmişə həyat yoldaşının ayaqqabıları palçıqlı olanda, harda olursa olsun hirslənərdi..Eyni səhnəni mən rəfiqəmin həyatında görürəm..
Birgün özümə sual verdim "Bəs sən, Səndə nə ola bilər ananla eyni hərəkətlər ailəyə qarşı?". Gözlərimi yumub özümü bir anlıq ailəli təsəvvür etdim.. Necə olardım? nə edərdim? hərşeyi düşünürdüm.. Mən heçvaxt həyat yoldaşımı pis günündə atmaram! "Nə olursa olsun, mən səninləyəm! " deyəcəyəm..! Mən heçvaxt həyat yoldaşımı uşaqlarımın yanında alçaltmaram! Mən heçvaxt həyat yoldaşımın səhvlərini uşaqlarıma demərəm! Mən heçvaxt özümü ailədə həyat yoldaşımdan üstün tutmaram! Mən hər zaman yeməyin ən yaxşı hissəsini həyat yoldaşıma verərəm! O evə gələndə "Uşaqlar atanız dincəlir çox səs etməyin və onu yormayın.. dincəlsin, çörəyini yesin sonra problemləriniz varsa danışarsınız" deyərəm.. Heçvaxt onu qohumlar arasında pisləmərəm! Bir anlıq gözlərimi açdım.. STOP!!! Bu mən deyiləm! Mən özümü yox anamı görürəm.. Bu mən deyiləm bu mənim anamın hərəkətləridir.. Mən anam haqqında düşünürdüm? axı mən özümü təsəvvür edirdim..! Bu mən idim yoxsa anam? Axı mən heç anama oxşamıram xasiyyətdən? Özümlə səmimi olsam heç anamın atılan dırnağı belə ola bilmərəm..O məndən güclüdür! O, mənnən mərddi! O, mənnən qürurludur! O, mənnən ağıllıdır! Saysam bitməz..amma necə olduki özümü düşünüb onu təsəvvür etdim? Yox.. ola bilməz..
"Anasına bax, qızını al!" - birdən bu cümlə ağlıma gəldi.. və düşündüm. Hərşey kinolent kimi gözümün önündən gəlib keçdi.. İllərdi səhv hesab etdiyim atalar sözü sən demə düz imiş..
Atalar düz deyirmişlər! Anasına bax qızını al! Niyə belə deyirdilər? Çünki, hərbir qız öz ailəsində anasınn atasına qarşı olan münasibətini görür. Anası onun üçün ilk nümunədir. Anası ataya necə yanaşırsa, qızın da beyninə bu həkk olunur. Deməli belədə olmalıdır! - düşünür.
Hərbir oğlan bilməlidir ki, evlənəcəyi qızın anası həyat yoldaşına necə yanaşırsa, qızı da həyat yoldaşına belədə yanaşacaq!
Hərbir qız isə anasına baxıb özünü gələcək zamanda görə bilər (ailə çərçivəsində).
Anasına bax, qızını al!


Siz nə düşünürsüz bu haqda? Niyə anasına baxıb, qızını almalıyıq? Razılaşırsınız bu fikirlə?
(səs: 1)
Şərhlər: 2
Baxılıb: 3 062
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri