Azərbaycan qızları niyə heç vaxt gülümsəmir?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 1
Baxılıb: 5 976
Səs ver:
(səs: 1)

http://imgs.su/tmp/2012-02-15/1329292380-493.jpg

Bir dəfə idman zalına gedirdim. Yolda radio dinləyirəm, gözümdə gün eynəyi, pəncərənin arxasında güməş... Yerli rəfiqəm zarafatla mənə minnət etdi ki, o, mənim maşınıma yol vermək üçün maşınını saxlayıb. Mən isə, onun dili ilə desəm, öz «rus üslubumla,heç gülümsəmədim də və ona əl də sallamadım». Buna nə deyə bilərdim ki? Mən rus deyiləm və Bakıda soyuq qış olmur? Hamıya izah etmək məni necə də bezdirib!
Lakin bu, məni düşünməyə vadar etdi. Bilirəm o nəyi nəzərdə tuturdu. Mən özüm həmişə keçmiş «sovetdən» «bizimkiləri» qaşqabaqlı, ciddi sifətlərindən tanıyıram. Bütün Sovet Ittifaqının əvəzinə bəraət qazana bilmərəm. Amma mənim Azərbaycan qızlarının niyə belə olduğu ilə bağlı izahım var.

Mən əvvəl heç cürə başa düşə bilmirdim ki, Ingiltərədə cəmi 2 il yaşadıqdan sonra Bakıya qayıdım, taksi sürücüləri dərhal məni xariciyə bənzətsinlər (Ironiyaya bax ha: burada da xarici, orada da xarici!).
Nəhayət, başa düşdüm ki, məsələ geyimdə və ayaqqabıda deyil. Məsələ üzün ifadəsindədir. Qərb qadınları daim gülümsəyirlər!
Bu, təmkinli və qıcıqlı təbəssüm ola bilər. Məsələn, - «Nə döyərdim səni burdaca!» təbəssüm və ya «Məni necə də bezdirdiniz», amma yenə də təbəssüm.

Mağazada arabalar toqquşdu - bir-birilərinə təbəssüm etdilər. Taksi sürücüsünə, ofisianta və mağazada satıcıya gülümsədilər. Hər yerdə və hamıya gülümsəmək olar. Yanından qaçan idmançılara və həmişə küçələrdə çapan və maşınla keçməyə mane olan at üstündəki gənc qızlara: gülümsə və əl salla! Burada həyat qaydaları belədir.
Lakin bu adət məndə dərhal əmələ gəlmədi. Bakıda qadınlar tanımadıqları insanlara gülümsəmirlər. Əgər psixiatriya xəstəxanasından qaçmayıblarsa və ya gecələr küçələrdə fənərlərə söykənib durmurlarsa...

Əgər azərbaycanlısansa və tanış olmayanlara gülümsəyirsənsə, onda, çox güman ki, yüngül qızsan və deməli, sənə söz atmalarına layiqsən. Əgər özünə qarşı hörmət istəyirsənsə, nə badə sürücü və ya ofisianta, xüsusən də bazarda satıcıya gülümsəyəsən. Özünü nə qədər kobud və soyuq aparsan ətrafdakı kişilərdən bir o qədər çox hörmət və heyranlıq gözləmək olar (əgər çirkin deyilsənsə).

Və bütün bunları yerli tanışlarıma izah etmək istəyitəm: biz xam deyilik, doğru sözümdür. Bu, sadəcə olaraq, illərlə yığılmış özünümüdafiə instinktidir. Biz gülümsəmirik ki, hər küçədə bizə söz atmasınlar!
Lakin mənə elə gəlir ki, hər şey daim dəyişir. Və mən Bakıda toydan şəkillər gördüm ki, burada gəlin gülümsəyirdi, tamamilə xoşbəxt idi və hətta rəqs edirdi!

Sözardı: Siz yəqin ki, çəkdiyim şəkillərə baxırsınız və düşünürsünüz: Burda nə çəkmisən? Bu oğlanlar 100% mavidirlər! Tutaq ki, mənim şəklim o qədər də yaxşı alınmayıb. Mən Azərbaycan oğlanının qəribəliyini çatdırmağa çalışmışam. Oğlan yanından keçən qızlara o qədər aludə olub ki, onların ardınca fit çalmaq üçün yoldaşının boynundan asılıb.

Amma eyni zamanda, düzünü desəm, azəri oğlanlar çox vaxt bir-biriləri ilə sıx əlaqəyə girirlər. Məsələn, Bakı küçəsinə təxminən 20 yaşlarında gənc oğlanlar gedir və bir-birilərindən tutublar. Xaricilər, yəqin ki, mavi cütlüyün gəzintiyə çıxdığını düşünərlər. Hətta, yəqin ki, düşünürlər: «Sağ ol səni, Azərbaycanda necə də azad əqidə var»!

Lakin təkcə biz bilirik ki, bu uşaqlar, çox güman ki, mavi deyillər. Sadəcə olaraq, hansısa qəribə adət üzrə bizim oğlanlar görüşərkən öpüşürlər və qucaqlaşırlar və əl-ələ də gəzə bilərlər. Və bu, heç də nə isə anlama gəlmir! Odur ki, əlbəttə, üzr istəyirəm, amma mənim çəkdiyim şəkil əslində kifayət qədər səliqəlidir.


Mənbə: Contact jurnalı

(səs: 1)
Şərhlər: 1
Baxılıb: 5 976
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri