Dünyanın qeyri-adi 5 restoranı - fotolar

Müəllif: Mr. OffiCeR
Şərhlər: 9
Baxılıb: 4 314
Səs ver:
(səs: 4)
Turistlər hər zaman macəra axtarışındadır. Onları fərqli tarixi yerlər, təbiət mənzərələri ilə yanaşı yeni tikilililər də maraqlandırır. Hər zaman yenilik və fərqlilik axtarışında olan turistlər getdikləri ölkəni maksimum dərəcədə gəzib, yeni-yeni yerlər və macərəlar axtarırlar. Öz truzmini inkişaf etdirmək istəyən ölkələr daha fərqli binalar, restoranlar tikməklə turistləri cəlb etməyə çalışır. Adi sıradan bir restoran hər ölkədə tapılar. Yeni dadlarla yanaşı insanları ən çox fərqli məkanlar özünə çəkir.

Odur ki, Qadınlar.biz  sizlərə dünya ölkələrində yerləşən ən qeyri-adi restoranları təqdim edir.

Bu restoranlardan biri Maldiv adalarında yerləşən İthaa restoranıdır. Bu restoranın fərqli və möhtəşəm cəhəti dəniz sularının altında yerləşməsidir. Hər kəs üçün yer üstündə yerləşən restoranlar adi haldır. Suyun altında şüşələrlə bağlı bu restoran turistləri öz yemək reseptləri ilə də hər zaman razı salır. Ona görədə İthaa The Daily Meal tərəfində dünyanın ən yaxşı restoranı seçilib.



Taylanda gedən tursitlərin bu ölkədə ən çox marağına səbəb olan isə ağac təpəsində yerləşən Soneva Kiri restoranıdır. Ko Kut meşələrində ağacların başında quraşdırılan bu restoranlar bir quş yuvasını xatırladırlar.



Digər bir restoran isə Meksikada yerləşən Alux restoranıdır. Alux təbətin insanlara bəxş etdiyi bir möcüzədir. Onun özəl cəhəti yerin atında yerləşməsidir. Bu restoran turistlərin sevimli məkanları siyahısındadır.



Zanzibarda yerləşən Qaya restoranı da ən məşhur restoranlar siyahısındadır .Bu restoran Zanzibarın Michamwi Pingwe yarımadasında yerləşir. Restoranın internet səhifəsində özləri haqqında bu cür bəhs edirlər ”Heç bir qələm və fırça bu gözəlliyi çəkə bilməz bunu ancaq ana təbiət yarada bilər”.



Berggasthaus Aescher-Wildkirchli restoranı İsveçrədə yerləşir. 170 yaşında olan bu möhtəşəm dağ mənzərəli restoran ləziz yeməkləri ilə hər kəsi özünə heyran edir. Dağ üzərində möhtəşəm görünüşü var.

(səs: 4)
Şərhlər: 9
Baxılıb: 4 314
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri