Yeni ili qarşılmaq üçün ən ideal ölkələr

Müəllif: Mr. OffiCeR
Şərhlər: 8
Baxılıb: 3 075
Səs ver:
(səs: 3)
Yeni il gecəsini daha da maraqlı yadda qalan keçirmək üçün kimisi evini daha maraqlı bəzəyir, kimisi də yeni ilini xarici ölkədə qarşılayır.

Yeni ilinizi Parisdə keçirməyi düşünürsünüzmü? Artıq bəzi ölkələrdə yeni ilin gəlişini qeyd etmək üçün hazırlıqlar başladı. Bəs siz bu yeni ilin gəlişini harada qarşılamaq istəyərsiniz?

Nyu-York bəlkə də dünyanın ən işıqlı şəhərlərindən biridir. Nyu-Yorkun işıqlı olması yeni ilin daha da şən maraqlı keçməsinə səbəb olur. Nyu-York yeni ili sakit formada qeyd edir. Şənlik Times Meydanında başlayır. Hər il təxminən 1 milyon adam, Times Meydanında görüşüb geriyə doğru sayır. Yeni il girdikdən sonra tədbir Nyu-Yorkun əyləncə mərkəzlərində keçirilir.



Paris - Bir çox türistlər üçün romantizmin paytaxtı Paris, həm romantik, həm də əyləncəli bir yeni il gecəsi üçün ideal yerdir. Yeni il gecəsi yerli əhali və turistlər Champs Elysees bulvarına yığışır. Daha alternativ bir yer axtarırsınızsa Parisin bəlkə də ən yaxşı mənzərəsinə sahib olan yeri sacri Coeur'e gedə bilərsiniz. Katedralin yaxınlığında olan Montmatre bölgəsi də yeni il qeyd etmək üçün ən xüsusi yerlərdən biridir.



Londonda hər il Thames çayı kənarında təxminən 250.000 adam toplanıb yeni ili qarşılayır. Şəhərdə yeni il qeyd edənlər Trafalgar Meydanında toplaşır. Big Benin zəngləri, yeni ilə girilməsiylə birlikdə 10 dəqiqə ərzində çalır. Atılan hava fişənglər də səmanı işıqlandırır. Yeni ilin ən əyləncəli tədbirlərindən biri də keçid mərasimidir. Big Ben yolunda davam edən bu keçid mərasiminə yüzlərlə sənətçi qatılır.



İspaniya dünyanın ən əyləncəli şəhərlərindən biridir. Şəhər bu özəlliyini yeni ili qeyd eməklə də ön plana çıxarır. Şübhəsiz ki, şəhərin ən əyləncəli bölgəsi La Ramblada yeni il gecəsinə başlamaq üçün olduqca uyğun məkandır. Yeni ili İspaniyada keçirəcəksinizsə, İspaniyada bir neçə gün daha qalsanız yaxşı olar. Çünki İspaniyanın gəzməli, görməli yerləri daha çoxdur.



Tailand Banqkokda hər il tam üç yeni il qeyd olunur: Çin, Tai və hamımızın qeyd etdiyi yeni il. Bu qədər çox yeni il qeyd olunmasına baxmayaraq yeni il gecəsi, Banqkok üçün xüsusi bir gecə olur. Banqkokda yeni il gecəsi, Central World bölgəsindəki müxtəlif tədbirlər keçirilir. Əgər yeni ilə fərqli bir yerdə, əyləncəli bir atmosferdə fərqli yeməklər yeyərək keçirmək istəyirsinizsə o zaman Banqkoka gedə bilərsiniz.



Yeni il Yaponiyada Tokionun ən rəngli olduğu dövrdə qeyd etmək daha da maraqlıdır. Çünki yeni il Yaponiyadakı ən əhəmiyyətli bayram hesab edilir. Tokioda yeni ili qeyd etmələri, 1 Yanvardan bir neçə gün əvvəl başlayır. Yaponlar yeni il gününə məbədə gedib ibadət edərək başlayırlar. Bu ibadət əsnasında da ənənələrə uyğun olaraq kimono geyirlər.

(səs: 3)
Şərhlər: 8
Baxılıb: 3 075
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri