Ah ürəyimiz... Nə qədər köməksiz nə qədər çılpaq...

Müəllif: Mr. OffiCeR
Şərhlər: 0
Baxılıb: 2 198
Səs ver:
(səs: 0)

alt


Ah ürəyimiz... 
Nə qədər köməksiz nə qədər çılpaq. 

Və nə qədər açıq. 

Sözlər geydirə bilmir onu... Həqiqi olanlar müstəsna. Dodaqların geydirə bilmədiyi bir əndam ürək. Dərzisinin işi nə də çətin modaya görə tiksə paltarını yaraşmır ürəyə... Çiy düşür... Diqqət yetirməsə günə çağa o başqa dərd... Təzəliyini itirincə hər şeyini itirir ürək... Birdən iç qarardıcı duyğular görünür hər hərəkətində ... Rənglər əhəmiyyətli ürəyi geyindirərkən... Səslər... Parçanın keyfiyyəti toxuması parlaqlığı... 

Çətin iş ürəyə geyim tikmək... 

Ürəyi ən gözəl eşq geydirib əhatə edir. 

Evləri söykəyib döşəmək asan... Kresloları divarları pəncərələri örtmək... Bədənləri örtmək bədənlərə paltar tapmaq asan... Hazır paltar geyinməyi sevmir ürək. Ürəyi geyindirmək çətin. 

Ah ürəyimiz... 

Nə qədər ortada nə qədər köməksiz nə qədər çılpaq. 

Və nə qədər açıq. 

Parçalar əhəmiyyətli. Qalın kobud parçalardan inciyir ürəyimiz. Heç geyinmək istəmir onları ilk fürsətdə çıxarıb atır üstündən. 

Təzəliyini itirincə hər şeyini itirir ürək... Yaşamaq deyilsə təzəlik tumurcuq nədir? Niyə ölərkən belə yaşlanmır qırışmır ürək? Etirafı çətin amma ölərkən belə sanki heç geyilməmiş bir paltar qədər təmiz və ütülü deyilmi əslində? Heç geyilməmiş kimi. Heç çıxarılıb bir stulun üzərinə atılmamış heç soyunulmamış heç naftalin iy verən bir şkafda illər ili unudulmamış kimi heç ləkələnilməmiş kimi .. Necə də təngnəfəs... Aşiq kimi... Nəfəs almağı belə unudan bir aşiq kimi... Halbuki yaşamışdı hamısını. Ah ürəyimiz nə qədər ortada nə qədər köməksiz nə qədər çılpaq. Və nə qədər açıq. 

Sonra uzaqdakı sevimli. Sonra göz yaşı. Sonra qadınlar və uşaqlar. Sonra kitablar. Sonra yoxsullar. Sonra köhnə yoldaşlar. Sonra mahnılar. Sonra atanın təqaüdçülüyü. Sonra... Sonra anan. Bir də uzaqda bir kənd qəbiristanlığı. Dayanmadan yaxınlaşan üstünə üstünə gələn. 

Sözlər geydirə bilmir onu. Hələ sözlər. Ağıldan çox ürəyin işi sözlərlə... Ağıl qırılmaz çünki inciməz... Söz dillə yəni dilin digər mənası könüllə bağlı ürəyə sözün əsl həmsöhbəti ürək... Qıya bilmir sözlərə ürək geyiniləcək bu qədər şey varkən! Çünki üstündə daşımır ürək sözləri damarlarında daşıyır! Ah ürəyimiz nə qədər ortada nə qədər köməksiz nə qədər çılpaq. Və nə qədər bağışlayıcı. Çünki yerə göyə sığa bilməyən gəlib könülə yerləşir... Bağışlamaq ürəyin qanında var
(səs: 0)
Şərhlər: 0
Baxılıb: 2 198
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri