Bəşəriyyətin,
ən azından yaşadığı dövrün insanlarının həyatında müəyyən dəyişikliklər
doğuran dahilər bəzən çox axmaq hərəkətləri ilə diqqət çəkilər. Bu
axmaqlığın sonu isə bəzən ölümlə nəticələnə bilər.
10.
İsaak Nyutonun cazibə qanunu kəşf etməsində böyük rolu olan XVI əsrin
astronomu Tixo Braqe ayaqyoluna gedə bilmədiyi üçün ölüb. Belə ki, onun
yaşadığı dövrdə içki məclisini yarımçıq tərk etmək ev sahibinə qarşı ən
ağır təhqirlərdən sayılırdı. Mədəni və çəkingən insan olan Tixo Braqe
ayaqyoluna getmək üçün ev sahibindən icazə almağa cürət etmir. Nəticədə
onun sidik kisəsi partlayır və 11 gün əzab çəkdikdən sonra astronom
vəfat edir.
9.
XVI əsrin tanınmış filosoflarından olan Frensis Bekon isə içi
təmizlənmiş toyuqları qarla doldurmaq hobbisinə görə ( o hesab edirdi
ki, ətin saxlanma müddətini uzatmaq üçün duz yerinə qardan da istifadə
etmək də olar) həyatını itirib. Eksperiment nəticəsində toyuqlar donmasa
da, Frensis Bekonu don vurub və o, həyatını itirib.
8.
XVII əsrin saray bəstəkarı Jan Batist Lülli isə yaradıcılıq enerjisinin
qurbanı olub. Növbəti konsert məşqlərinin birində o, əsəbləşərək
əlindəki əsa ilə ayağını deşir. Bir müddət sonra bəstəkar qan
zəhərlənməsindən dünyasını dəyişir.
7.
XX əsrin ən populyar sehrbazı və illüzionçusu Harri Qudini də öz
axmaqlığının qurbanı olub. Qudini öz pressinin möhkəmliyini göstərmək
üçün yoldan keçən təsadüfi insanlara ona yumruq zərbələri vurmağa imkan
verirdi. Az sonra tanınmış sehrbaz daxili orqanlarının zədələnməsi
diaqnozu ilə xəstəxanada vəfat edir.
6.
Ötən əsrin 70-ci illərində səhər qaçışı ilə bağlı yazdığı "qaçış barədə
hər şey” bestsellerinin müəllifi Cim Foks təklif etdiyi yeni qaçış
növünü sınaqdan keçirərkən ürək tutmasından vəfat edib.
5.
Fransız müğənni Klod Fransua su ilə dolu vannanın içərisində ola-ola
tavandakı lampanı dəyişmək istəyərkən elektrik cərəyanının vurması
nəticəsində ölüb.
4.
ABŞ-da məşhur "Pinkerton” xəfiyyə agentliyi yaradan Allan Pinkerton
yolu keçərkən öz dilini dişləyib. Dilində qanqrena başlayan xəfiyyə çox
keçmədən keçinib.
3.
ABŞ-ın 12-ci prezidenti Zakari Teylor 1850-ci il iyulun 4-də ölkənin
müstəqilliyi ilə bağlı rəsmi tədbirdə iştirak edir. Həmin gün hava çox
isti olduğu üçün çoxlu dondurma yeyən prezident az sonra bunun fəsadları
ilə üzləşməli olur. Mədəsində kəskin ağırlar başlayan Teylor 5 gün
ərzində ölür. O yalnız 16 ay ölkə başçısı postunda qalır.
2.
Məşhur "Jack Daniel`s” viskisinin yaradıcısı Cek Deniel də öz səhvinin
qurbanı olur. Kombinasiyasını unutduğu seyfi açmağa çalışan zaman
əsəbləşən ixtiraçı seyfi təpikləyən zaman ayaq barmaqlarını qırır.
Bundan bir müddət sonra o, qan zəhərlənməsindən vəfat edir.
1.
Antik yunan filosofu Hrisipi isə gülüşü öldürür. Öz sərxoş
uzunqulağının əncir yemək cəhdlərini izləyən filosof aramsız gülməkdən
vəfat edib.