Üzən tava

Müəllif: Mr. OffiCeR
Şərhlər: 9
Baxılıb: 2 811
Səs ver:
(səs: 3)
Təbiət insanları özünə valeh etməkdə davam edir. Onu daha çox öyrəndikcə yeniliklər kəşf etdikcə, ona heyran olmamaq mümkün deyil. İstər bitgilər aləmi, istərsə də heyvanlar aləmi olsun hər cəhəti ilə dünya başdan- başa möcüzələrlə doludur.

Amazon hər zaman zəngin fauna və florası ilə dünyanın diqqət mərkəzindədir. Zəngin bitkilər aləmi ilə təbiət sevərlərin diqqətində olan bu məkanın daha bir incisi haqqında Qadınlar.biz  sizə məlumat verir.

Belə bir heyranedici mənzərələrdən biri Cənubi Amerikada Amazon çayı üzərində bitən Viktoriya Reqiya bitkisidir. Bu bitki dünyanın ən böyük şanagülləsi adlanır. Yerli əhali bu bitkini "üzən tava” adı ilə məşhurlaşdırıb. Kənarları yuxarı bükülən dairəvi yarpaqların diametri 3 metrə çatır.
Yarpaqlar təqribən 15 kq-dək çəkiyə davam gətirə bilir.

Uşaqlar onun saplağını kəsərək üzərinə minir və Amazon çayında üzməyə başlayırlar. Yarpaqlar təqribən 15 kq-dək çəkiyə davam gətirə bilir.
Tam günəşli yerlərdə yetişən bu bitkinin ömrü 5 ildir. Yerli əhali bu bitkinin gözəl ətrə sahib olduğunu söyləyir. 

Bu gül həmçinin dünyanın ən qədim botanika bağlarından biri olan Amsterdamdakı Hortus bağında qorunub saxlanılan bitkilərdən biridir. Burada dünyanın hər yerindən təxminən 4000-ə yaxın bitki növü yetişdirilir. 

 

 

 

 

(səs: 3)
Şərhlər: 9
Baxılıb: 2 811
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri