"@" işarəsinin tarixi

Müəllif: Mr. OffiCeR
Şərhlər: 10
Baxılıb: 2 859
Səs ver:
(səs: 3)
"@” işarəsini koreyalılar "ilbiz”, ruslar, ukraynalılar, moldavanlar "sobaçka” (balaca it), , türklər "qızılgül”, finlandiyalılar "yatmış pişik”, macarlar "qurd”, çinlilər "siçan balası” və s. kimi adlandırırlar. Gəlin, bu işarənin tarixi ilə maraqlanaq.
4 May 1536-cı ilə Francesco Lapi adlı Floransalı bir tacirin yazdığı bir məktubda @ işarəsinin ilk istifadəsinə rast gəlinib. Lapi yazdığı məktubunda İspaniyadakı şərab qiymətlərindən bəhs edərkən @ işarəsini istifadə etmişdi. Əvvəllər @ işarəsi ticarətdə istifadə olunsa da, hazırda işarə texnologiyada istifadə edilir. Zaman üçün istifadəsi dəyişən işarə bir müddət sonra müəyyən bir məhsulun vahid qiymətini ifadə etmək üçün istifadə edilməyə başlandı. Yəni insanlar artıq "dənəsi 5 manatdan 10 məhsul" kimi bir tərif istifadə etmək yerinə "10 məhsul @ 5 manat" deməyə başladılar.
Hər bir e`maildə @ işarəsinə rast gəlinir. "@" e-mail ünvanının bir parçası olaraq ilk dəfə 1971-ci ildə Rey Tomlinson tərəfindən istifadə edildi. Proqramı sınaqdan keçirmək üçün Tomlinson öz otağındakı şəbəkəyə qoşulmuş iki kompüterdən istifadə etdi. Elektron poçtla ilk məktubu o, elə özünə göndərdi və @ işarəsini seçdi.
"@” simvolu klaviş kimi ilk dəfə 1885-ci ildə yazı makinasının klaviaturasında yer almışdır. 1980-ci ildə "@” işarəsi beynəlxalq standart kimi təsdiqləndi.
(səs: 3)
Şərhlər: 10
Baxılıb: 2 859
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri