Ağıllarını itirən kral və kraliçalar

Müəllif: Mr. OffiCeR
Şərhlər: 7
Baxılıb: 2 462
Səs ver:
(səs: 2)
1. III Vlad - "Drakula” ləqəbilə tanınan Şimal-qərbi Rumıniya Şahzadəsi Vlad qalib gəlsə də, məğlub olsa da döyüşlərdə əsir aldığı insanları çarmıxa çəkərək edəm etdirməsi ilə "məhşur” imiş.
Şahzadə o qədər qəddar olub ki, yolda gördüyü heyvanları belə çarmıxa çəkdirirmiş. Öldürdüyü insanların qanını içdiyinə görə ona "vampir” də deyilirmiş.
2. Avstriya İmperatoru I Ferdinand - Ferdinand doğuşdan epilepsiya xəstəsi olub. Ağlı çox vaxt özündə olmayan imperator "Mən bir imperatoram və mən filan şey istəyirəm” deyə əmrlər verirmiş.
3. Fransa Kralı VI Karl - Fransa Kralı sümüklərinin şüşədən olduğuna inanırmış və öz-özünü qırmamaq üçün paltarlarının astarına dəmir çubuqlar yerləşdirirmiş.
4. Almaniya Şahzadəsi Maria Eleonora - Şahzadə həyat yoldaşının meyitini 15 gün basdırmadan saxlayıb. Bunun səbəbi yoldaşını daima gözü önündə görmək istəməsi olub. Şahzədənin azyaşlı qızı Kristina isə, aylarla baş ucunda içində atasının ürəyi olan bir mücrü ilə yatmaq məcburiyyətində qalıb.
5. Almaniya Kralı Otto - Kralın bir çox xəyali dost-tanışı olub və daima onlarla söhbət edirmiş. Qapılara qarşı qəribə bir fobiyası olan kral bağlı qapı gördüyü zaman əsəbləşib, özündən çıxırmış.
6. Bavariya Şahzadəsi Aleksandra Amaliya - Şahzadə həddindən artıq təmizkar olub. Buna görə ömrü boyu yalnızca ağ rəngli paltarlar geyinib.
7. İspaniya Kraliçası Xuana - Əri Filipə olan eşqi o qədər böyük olub ki, o öldüyü zaman ağlını itirib və yenidən ərinin cəsədinə aşiq olub. Dəfələrlə yaraşıqlı yoldaşının məzarını açdıran kraliça, ərinin qalıqlarını öpüb qoxlayırmış.
8. İsveç Kralı XIV Erik - İsveç kralı sözün əsl mənasında paranoyya xəstəsi olub. Daim taxtının ələ keçiriləcəyini düşünüb. Buna görə də, eşidə biləcəyi uzaqlıqda gülümsəyən, pıçıldaşan hər kəsi edam etdirirmiş.
9. Rus Çarı I Fyodor - 2 yaşındakı qızının vəfatı ilə sarsılan çar bütün Rusiya torpaqlarını gəzərək qarşısına çıxan bütün kilsələrin zəngini çalıb. Buna görə də, ləqəbi "zəngçalan” olub.
(səs: 2)
Şərhlər: 7
Baxılıb: 2 462
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri