Geyiminə görə qarşıla...

Müəllif: Mr. OffiCeR
Şərhlər: 8
Baxılıb: 3 367
Səs ver:
(səs: 4)
Ümumiyyətlə geyimlər haqqında çox danışmaq olar.Geyimin tarixi haqqında qısa bir xülasə vermək istərdim. Geyimin tarixi də insan tarixi qədər qədimdir. İbtidai insanlar, bildiyimiz kimi, uzun müddət paltarsız gəzmişlər. Sonralar paltara olan ehtiyac nəticəsində onlar ovladıqları heyvanların dərisindən və ya ağac yarpaqlarından özlərinə geyim düzəltmişlər. 
İnsanların paltar geymələrinə səbəb nə idi?bu sual mənə elə gəlir ki hamınıza maraqlıdır.
Dünyanın bir çox alimləri bu suala müxtəlif cavab vermişlər.Bəziləri insan şüurunun inkişaf edib utanma qabiliyyətinin əmələ gəlməsi ilə, bəziləri isə insanda bəzəyə olan həvəs qabiliyyətinin inkişafı ilə əlaqələndirir. Sovet alimləri isə geyimin əmələ gəlməsini insanın özünü təbiətin soyuq və qeyri pis təsirlərindən qorumağa başlaması ilə izah edirlər. Geyim öz yaranışından bəri böyük bir inkişaf yolu keçmişdir.Geyim tərzlərinin əmələ gəlməsinə insanın get-gedə müxtəlif sənət və peşələrə yiyələnməsinin, habelə yaşadığı mühit və iqlimin böyük təsiri olmuşdur.Ayrı-ayrı xalq geyimlərinin meydana çıxması bilavasitə insan cəmiyyətinin müxtəlif xalqlara ayrılması dövrü ilə əlaqədardır. Xalq geyim və bəzəkləri bu və ya digər millətin əsrlər boyu yaranmış zövqünü, mədəniyyətini əks etdirir. Məsələn, yüksək  irsə malik olan Azərbaycan xalq geyimləri bütünlüklə xalqımızın zövqünü, onun maddi-mədəniyyətinin ən mütərəqqi və gözəl nümunələrini özündə əks edərək, XIX əsrin ortalarına qədər inkişaf etmişdir.
 
Belə yəqin ki,sizi geyim haqqında qısa da olsa məlumatlandıra bildim.İndi isə son zamanlarda geyinilən geyimlər haqqında danışmaq istərdim.İlk öncə geyim haqqında bir məsəli xatırlatmaq istərdim."Geyiminə görə qarşıla,ağlına görə yola sal”.Yəqin ki,bu məsəl hamıya tanışdır.Bu fikirlə məncə hamı razılaşar.Çünki,həqiqətdə bu belədir.İnsanların xasiyyətləri,həyata baxışları müxtəlif olduğu kimi geyimləri də müxtəlifdir.Bildiyimiz kimi hər bir insan öz zövqü ilə geyinir-keçinir,bəzənir və s... Allah hər bir kəsə ağıl,düşüncə və zövq verib.Lakin elə insanlar var ki,həmin ağıldan,düçüncədən və zövqdən layiqincə istifadə edə bilmir.Bəzən gəzintiyə çıxarkən insanların geyiminə çox fikir verirəm desəm heç yanılmaram.İnsanların geyimlərinə baxarkən xarakterinin hardasa 40%-ni bilmək olar,bəlkədə daha çox...Son zamanlarda bəzi insanların yaşına,bədən ölçülərinə uyğun geyinməməsi mənə elə gəlir ki,heçdə yaxşı nəticə deyil.Bəzi yaşlı qadınların cavan qız geyimləri,kök qadınların isə kiçik ölçülü paltarların geyiməsini,cavan qızlarımızın çox açıq geyimələri gördükdə,toylara yerli-yersiz taxılan aksesuarlar,geyinilən geyimlər hardasa insana kiçik bir əsəb və utanğaclıq verir.Xanım nə qədər abırlı geyinsə bir o qədər yaxşı görsənər.Televiziyalarda geyimlə bağlı bir çox fikirlər bildirirlər hardasa bildirilən fikirlərin 50%-i ilə razılaşıram.Amma bir fikirlə o qədər də razı deyiləm.Deyirlər ki,hamısı zəmanədən aslıdır,mənə elə gəlir zəmanəni dəyişdirən elə insanların özləridir.İnsanlar dəyişir.Hər bir qadın Azərbaycan qadını olduğunu  unutmamalıdır.Əbəs yerə demiyiblər ki,Azərbaycan xanımları sayılıb seçilən xanımlardır.Hər bir qadın əlbəttdəki kişilərə də aiddir,bədən ölçülərinə,yaşlarına uyğun geyinsə,mənə elə gəlir ki,geyimlə bağlı heç bir problemimiz olmaz. Sözsüz ki,yazdığlarımı bütün xanımlara şamil etmirəm.Çox gözəl geyinən xanımlarımız da az deyil.Əlbəttdəki bu mənim öz gördüklərim və fikirləşdiklərimdir sizinlə paylaşmaq istədim,razılaşmayada bilərsiniz.Əslində bu məsələ haqqında çox yazmaq olar,amma bu qədər bəs olar lap çox yazıb sizidə yormuyum.Boş yerə deməyiblər ki,sadəlik gözəllikdir.Son olaraq bunuda qeyd edim ki,saytmızda geyim xəbərlərinə şərh yazan xanımlarımızında şərhlərini oxuyuram hardasa zövqünü və geyim tərzini bilmək olur.Belə nəticəyə gəlirəm ki,Qadınlar.biz saytımızın xanımlarıda geyimlərinə diqqət edən,zövqlü xanımlardı.
 
Və ən sonda bunu qeyd etmək istərdimki,əziz xanımlar sizinlə paylaşdığım bu məqaləni özüm hazırlamışam nə dərəcədə yaxşı alınıb onu artıq siz biləcəysiniz..1-2 il bundan qabaq jurnalistikaya olan həvəsim sonsuz idi amma arzum ürəyimdə qaldı.Bu məqalənidə həmin ərəfələrdə yazmışam.Geyimin tarixi haqqında olan qismini isə qısa olaraq internetdən araşdırmışam.
Vaxt ayırıb oxuduğunuz üçün hər birinizə sonsuz Təşəkkürlər.
(səs: 4)
Şərhlər: 8
Baxılıb: 3 367
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri