Vulkan üzərindəki restoran - fotolar

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 2 448
Səs ver:
(səs: 0)
Dünyada müxtəlif fərqlilik meyarı ilə seçilən restoranlar mövcuddur. Hər birinin də özünəməxsus özəllikləri və insanları cəlb edən xüsusiyyətləri var. Bəziləri suyun altında, bəziləri mağarada, adada və s. İndi haqqında danışılacaq restoran isə nə qədər də qəribə səslənsə vulkan üzərində yerləşir.

Sizə desələr ki, əyləşib yeməklərinin dadından zövq aldığınız, musiqi sədaları altında əyləşdiyiniz məkan vulkanın üzərində yerləşir, cəld hesabı ödəyib oradan qaçardınız. Amma bu yatmş vulkan üzərində səhrada yerləşən "Eldiablo” restoranının yüzlərlə müştərisi var. 

Qadınlar.biz  sizə "Eldiabo” vulkan restoranından söz açır. Qiymət baxımından da baha olmayan bu restoranda yeməklər vulkan lavalarının közü üzərində hazırlanır. Kanar adaları qrupundakı Lanzorattedə vulkan üzərində inşa edilən bu restoranda yeməklər müştəriələrə lavalar üzərində qurulan sobalarda bişirilərək verilir.

Restoranın vulkan üzərində yerləşməsi, yeməklərin lavanın istisi ilə bişirilməsi xarici qonaqların diqqətini cəlb etdiyindən onlar bura tez-tez üz tuturlar.

Alimlərin verdiyi son təsəlliedici proqnoza görə, sönmüş vulkanın yaxın vaxtlarda püskürməsi, lavalardan qaynar mayenin axması, bir sözlə, bu cür qeyri-adi məkanda yerləşən restoranın məhvi, onun müştərilərinin isə yanıb kül olması gözlənilmir.

 

 

 

 

 

(səs: 0)
Şərhlər: 6
Baxılıb: 2 448
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri