Yeni il üçün ev bəzəkləri

Müəllif: Mr. OffiCeR
Şərhlər: 1
Baxılıb: 5 259
Səs ver:
(səs: 2)
Yenil il artıq yaxınlaşmaq üzrədir. Hər bir kəs yeni il gecəsini daha da maraqlı, yaddaşlara yazılacaq şəkildə 2016-cı ilə qədəm qoymaq istəyir.

Bu il yeni il gecəsini əvvəlki illərdən daha da fərqli edərək həm özünüz, həm də yaxınlarınız üçün yadda qalan gecə hazırlaya bilərsiniz. 
Yaxınlarınızın yaddaşından silinməyəcək yeni il gecəsi hazırlayın 

Qədəhləri xüsusi yeni il yapışqanlı naxışlarla bəzəyə bilərsiniz. Daha sonra balaca açıqcalara ailə və ya dostlarınıza olan bayram təbriklərinizi qeyd edə bilrəsiniz. Yeni il gecəsi bitdikdən sonra hazırladığınız açıqcaları təqdim edə bilərsiniz. 



Ailə üzvlərinizə və ya dostlarınıza hədiyyələr hazırlayın
Yeni il gecəsi daha gözəl hədiyyələr təqdim etmək üçün gecə gündüz fikirləşirsiniz. Amma yaddan çıxarmayın ki, ən böyük və dəbdəbəli hədiyyə hər zaman ən mükəmməl hədiyyə deyil. Onun əvəzinə, daha da ürəkaçan hədiyyə təqdim etmək məqsədə uyğundur. Küknar ağacının (yolkanın) altına düzülən hədiyyələr çox vaxt mağazadan alınır. Amma siz öz hazırladığınız qeyri adi əl işlərinizi hədiyyə edə bilərsiniz. Çünki özünüz hazırladığınız hədiyyələr daha da qeyri adi olar. 



Yeni il gecənizə daha da şirinlik qatacaq şirniyyatlar hazırlayın
Yeni il hazırlıqlarına dadlı şirniyyatları da əlavə etsəniz yaxşı olar. Həyat yoldaşınız və ya yaxınlarınızla mətbəxdə şirniyyatları hazırlayaraq əylənə bilərsiniz. Şirniyyatı yeni il simvolu formasında hazırlaya bilərsiniz. Bu da gecənizə daha da gözəllik qatacaq. Həmçinin şirniyyatlardan hədiyyə də verə bilərsiniz.



Yeni il gecənizə daha da şirinlik qatacaq şirniyyatlar hazırlayın
Yeni il süfrələrinizi klassik və müasir formada hazırlaya bilərsiniz. Evinizi bəzəyərkən bütün rənglərdən istifadə edərək ailə üzvlərinizə və qonaqlarınıza xoş aura bəxş edə bilərsiniz. Diqqətlə bəzədilən yeni il süfrəsi və ev yeni il həyəcanını daha da artırır. Evinizi bəzəyərkən yeni il simvollarından istifadə etmək lazımıdır.



Evinizi özünüzə məxsus rənglərlə bəzəyin
Hər kəs yeni il qabağı evini öz zövqündə olan rəngdə bəzəyir. Qırmızı, gümüş, qızılı və s kimi rənglərdən istifadə edərək yeni il gecəsi evinizdə xoş əhval ruhiyyə yarada bilərsiniz. Otaqda ən çox diqqət çəkən yerləri bəzəsəniz daha da gözəl alınar. Pəncərələr, stol, divar künclər kimi yerlər daha diqqət çəkir.

(səs: 2)
Şərhlər: 1
Baxılıb: 5 259
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri