Qızım Olsa

Müəllif: Mr. OffiCeR
Şərhlər: 0
Baxılıb: 7 149
Səs ver:
(səs: 0)
http://imgs.su/tmp/1320664613-656.jpg

Qızım Olsa


 Bir qızım olsa əgər götürərdim onu qucağıma incitməkdən qorxaraq narın bədənini… Sarılardım ona bütün istəyimlə, nə qədər desəm belə yorulmaram-"nə yaxşı ki, doğuldun balacam" Dünyaya gəldiyi zaman balaca ipək kimi barmaqlarını yavaşca açaraq öpərdim kiçik əllərini Hər an içimdə hiss etmək üçün gözəl qoxusunu, ayırmazdım yanımdan və iyləyərdim doya-doya

 Bir qızım olsa əgər heç bir şeyə bənzəməzdi ona olan sevgim Heç bir şey onun qədər gözəl ola bilməzdi əlbəttə Çünki o mənim olacaqdır Çünki o mənim canım olacaqdır Çünki o mənim əskik qalan və məni tamamlayan əskik parçam olacaqdır


 Bir qızım olsa əgər gülməsini istəyərdim həmişə ağlayanlara inad Sevməsini istəyərdim insanları qarşılıqsız və mənfəətsiz Görməsini istəyərdim ətrafındakı gözəllikləri, baxıb görməyənlərə inad Əsla unutmasın istəyərdim edilən yaxşılıqları Bağışlasın istəyərdim edilən səhvləri Və yaşamasını istəyərdim ölümə inad


 Bir qızım olsa əgər sarı saçları olsun istəyərdim küləyin mehrində dalğalanan Göy baxışlı gözlər istəyərdim mənə sevgi bəxş etsin deyə Yanaqlarında şirinlik istəyərdim hər gördüyümdə ona şirinim deyə Gülümsəyəndə mənə dünyaları bəxş etsin mən özümü xoşbəxt sanım deyə Və anasına bənzəsin istəyərdim, onun qədər gözəl və çatılmaz olsun deyə


 Bir qızım olsa əgər danışdıqca qulaq asardım ona Danışığın da sevinc dolu hisslərini duymaq üçün qulaq asardım ona Nağıllarına, istəklərinə qulaq asıb başım dizləri üstündə xəyal qurardım ona "Sənsiz yaşamağın heç bir mənası yoxdur şəhzadəm"- deyərək baxardım ona Çünki o mənim izah edilə bilməyəcək sevgi dolu ürəyimdir
(səs: 0)
Şərhlər: 0
Baxılıb: 7 149
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri