Bu da oldu - təmiz hava pulla satılır

Müəllif: Mr. OffiCeR
Şərhlər: 9
Baxılıb: 2 230
Səs ver:
(səs: 2)
Hava çirkliliyinin maksimum həddə çatdığı Çində qəribə bir yenilik edilib. , bu ölkədə artıq təmiz hava pulla satılacaq. 
Çinin şərq bölgəsində bir restoran müştərilərindən yemək pulundan əlavə, təmiz hava üçün də ödəniş alacaq. 

Jiangu vilayətinin Zhangjiagang şəhərindəki restoran içəridəki havanın təmizlənməsinin maliyyəsini müştərilərindən çıxarır. Restoran sahibləri müştərilərə daha yaxşı şərait yaratamaq üçün hava filtrasiya sistemi qurub. Bunun əvəzində isə hesaba 1 yuan (0.15 dollar) əlavə edilir. 

Çində havanın çirkliliyi maksimum həddə çatıb. 

Bir milyarddan çox əhalisi olan ölkədə hava çirkliliyi ən yüksək həddə çatıb. Hətta bəzi ölkələrdə görüş məsafəsi 100 metrdən belə azdır. 

Restorandan şikayət edən müştərilər bunun doğru olmadığını, havanın satıla bilməyəcəyini deyərək şikayət ediblər. 
Müştərilər vəziyyətdən narazı olsalar da, sosial şəbəkədə restoranın bu addımı alqışla qarşılanıb. Sosial şəbəkə istifadəçiləri təmiz hava üçün cüzi məbləğ ödəməyə hazır oduqlarını deyiblər. 

Çində çirkli hava
Dünya Səhiyyə Təşkilatının dəyərləndirməsinə görə, hər il milyonlarla insan hava çirkliliyi nəticəsində ölür. Ancaq 2012-ci ildə havanın çirklənməsi nəticəsində dünyada 7 milyon insan ölüb. Araşdırma havanın çirklənməsi və ürək, respirator və xərçəng xəstəlikləri arasında əlaqənin olduğunu aşkarlayıb.

Qlobal miqyasda 8 ölüm halından biri havanın çirklənməsilə əlaqədardır ki, bu da onu dünyanın yeganə ən təhlükəli ekoloji səhiyyə riskinə çevirir.
(səs: 2)
Şərhlər: 9
Baxılıb: 2 230
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri