Pulu Tanrı hesab etsəniz...

Müəllif: Fialka
Şərhlər: 2
Baxılıb: 1 960
Səs ver:
(səs: 1)
"Pulu Tanrı hesab etsəniz, şeytan kimi başınıza bəla olar”...
 
Pul həyatımızın mərkəzində olan məfhumdur. Bütün səylər, aldığımız təhsil, çəkdiyimiz əzablar, tökdüyümüz tər – hamısı daha çox pul qazanmaq üçündür. İllər boyu müharibələrin, qırğınların, dava-dalaşların, ölümlərin səbəbi ancaq bu olub. İstəsək də, istəməsək də, artıq biz pulu yox, o bizi idarə edir.
 
"Pul sizə dost qazandırmasa da, yaxşı düşmənlər qazandıra bilər”
Spayk Milliqan
 
"Pul insanı heç vaxt xoşbəxt etməyib və etməyəcək də. İnsan nə qədər çox qazanırsa, bir o qədər acgöz olur”
Benjamin Franklin
 
"Müdrik insan pulu qəlbində yox, beyninin içində saxlamalıdır”
 Conatan Svift
 
"Bir insan ala bilmədiyi şeylər qədər zəngindir”
 Henri Devid Toro
 
"Heç zaman öz əzminizlə əldə edə biləcəyiniz şeylər üçün dilənməyin”
Migel de Servantes
 
"Çox pulu olan kasıb bir insan kimi yaşamaq istəyərdim”
Pablo Pikasso
"Pul mövzusuna gələndə, hamı eyni dindəndir”
Volter
 
"Pul gücdür, azadlıqdır, bütün pisliklərin qaynağı və bütün nemətlərin cəmidir”
Karl Sendberq
 
"Məftun edici olmaqdansa, daimi gəlirin olması yaxşıdır”
Oskar Uayld
 
"Pul qazanmaq yox, pulu muhafizə edə bilmək sənətdir”
 Anonim
 
"Pul gübrə kimidir, bölüşməsən, heç nəyə yaramır”
Frensis Bekon
 
"Pulum olanda, hamı mənə "qardaşım” deyirdi”
Polşa atalar sözü
 
"Mən pulu ənənəvi yoldan qazandım: çox varlı qohumum ölmədən öncə onunla yaxşı rəftar etdim”
Malkolm Forbs
 
"Pulu Tanrı hesab etsəniz, şeytan kimi başınıza bəla olar”
Henri Fildinq
(səs: 1)
Şərhlər: 2
Baxılıb: 1 960
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri