Futbol tarixinin ən yadda qalan sözləri

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 1 830
Səs ver:
(səs: 2)
Dünya futbolunun ulduzları zaman-zaman unudulmaz sözləri ilə diqqət çəkiblər. Tarixinin ən yadda qalan sözlərini təqdim edirik:

Pep Qvardiola: "Barselona"da Messini dünyanın ən yaxşı futbolçusu etməyə çalışdım. Ancaq o, məni dünyanın ən yaxşı baş məşqçisi etdi".

Mişel Platini: "Böyük komandalar qazandıqları kuboklar, kiçik komandalar isə məğlub etdikləri böyük komandalarla öyünürlər".

Devid Bekhem: "Bir dəfə Messi topu sağımdan atıb, solumdan sürətlə keçdi. Həmin gün ciddi olaraq karyeramı başa vurmağı düşündüm".

Mario Balotelli: "Hakim formamı çıxardığım üçün deyil, vücudumu qısqandığı üçün məni sarı vərəqə ilə cəzalandırdı".

Joze Mourinyo: "Gündə 15 saat işləyib, evinə bir neçə yüz avro aparan atalar yorğun ola bilərlər. Ancaq biz yorulmamalıyıq". 

Dieqo Armando Maradona: "O, mənim yox, tanrının əli idi".

Zlatan İbrahimoviç: "Arsen Venger 17 yaşımda məni "Arsenal"a baxışa çağırdı. Bu təklifi rədd etdim. O, mənim yoxlanmağa ehtiyacım olduğunu düşünürdü? Mən artıq 10 yaşımda bu düşüncələrdən uzaqlaşmışdım". 

Samuel Eto: "Sizə qol vuracağımla bağlı söz vermirəm. Lakin meydanda bir ağ adam kimi yaşamaq istəyən qaradərili kimi qaçacam".

Erik Kantona: "Mən bir komandaya qarşı deyil, məğlubiyyətə qarşı mübarizə aparıram". 

Pavel Nedved: "Bir klub aşağı liqaya düşərsə, futbolçular gedər, komandada yalnız adamlar qalar".

Kriştianu Ronaldo: "İnsanlar mənim özüm və pul üçün oynadığımı düşünürlər. Halbuki, mən atam mənimlə qürur duysun deyə oynayıram". 

Sokrates: ""Korintians"ın çempion olduğu bir gündə ölmək istəyirəm".

Ser Aleks Fergüsson: "Ronaldu İngiltərədə hər komandada oynayar. Hətta het-triklər edər, ancaq Messi bunları bacarmaz".

Ronaldinyo: "Mançester Yunayted" məni transfer etsəydi, indi daha çox kuboku olardı".

Stiven Cerard: "Ölərkən məni xəstəxanaya yox, "Enfild Road" stadionuna aparın. Orada doğuldum, orada öləcəm".
(səs: 2)
Şərhlər: 5
Baxılıb: 1 830
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri