Fala baxırıq... Nə vaxt ərə gedəcəyinizi xəbər veririk

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 4 040
Səs ver:
(səs: 1)
Qırmızı qızılgül. Bu fala adətən iyun ayının sonlarında baxırlar. Açılmış qızılgülü dərin və ağ zərfin içinə qoyun. Zərfi mum ilə möhürləyib, möhürün üstünə adsız barmağınızla basın. Daha sonra zərfi yastığınızın altına qoyun və həmin gecə gördüyünüz yuxunu yadda saxlamağa çalışın.

Əgər yuxuda su, tarla, gül, dağ, stəkan, uşaqlar, valideynləriniz, gümüş və ya ay görəcəksinizsə, deməli bir il ərzində ərə gedəcəksiniz. Yuxuda nəhəng insanlar, heyvanlar və ya balıqlar, böyüdücü şüşə və ya günəş görsəniz, yalnız beş ildən sonra ərə gedəcəksiniz. Yuxuda qızıl, sürünən heyvanlar, əsgər və ya tufan görmək - xeyirli əlamət deyil. Bu halda siz evdə də qala bilərsiniz. 

Saç tükü və üzük.
Uzun saç tükü götürüb, nişan üzüyündən keçirin. Tükün iki ucunu böyük və şəhadət barmaqlarınızın arasında saxlayaraq, dirsəyinizi masanın üzərinə qoyun. Bundan sonra üzüyü bir qədəhin içinə sallayın (üzük qədəhin divarları və dibinə dəyməməlidir). Bu zaman əliniz tərpənməməli və titrəməməlidir. Əgər üzük tərpənmədən dayanıbsa, deməli Sizin ərə getməyinizə hələ çox var. Əgər o, bir tərəfdən digərinə yellənirsə, bu zaman beş dəqiqə ərzində vurmaları saymaq lazımdır. Sonda, saydığımız miqdardan ad və soyadınızən tərkibində olan hərf sayını çıxırıq. Və beləliklə toyunuza neçə il qaldığını öyrənirsiniz. Əgər nəticə mənfi alənacaqsa, deməli bir il ərzində ərə gedəcəksiniz.

Oyun kartları
Qızlardan hansının daha tez ərə gedəcəyini öyrənmək üçün, bir dəst oyun kartını üzü yuxarı şəkildə qızlar arasında paylamaq lazımdır. Qırmızı toxmaq (ürək) padşahı kimə düşəcəksə, həmin qız hamıdan tez ərə gedəcək.

Oyun kartları ilə baxılan falın digər növü belədir: 3, 5, 7 və s qız (tək miqdar olmalıdır) dairəyə əyləşir. Dairənin ortasına yaxşı qarışdırılmış kart dəsti qoyulur. Qızlar bir-bir kart seçirlər. Qırmızı toxmaq tuzu seçən qız hamıdan tez ərə gedəcək. Hamıdan gec xaç iki kartını çıxaran qız ərə gedəcək. Qaratoxmaq (qara ürək) tuzu çıxaran qız isə evdə qalacaq.

Ay və güzgü.
Kişi yaylığı və güzgü götürərək, dəniz, göl və ya çaya gedib, ayın çıxmasını gözləyin. Ay xeyli yüksəldikdən sonra, arxanızı su hövzəsinə çevirib, güzgünü elə vəziyyətdə saxlayın ki, təkcə ayın özü deyil, həm də onun suda əksi görünsün. İndi üzünüzü yaylıqla örtüb, güzgüdə gördüyünüz ayları sayın. Əgər iki dənədirsə, bir ildən sonra ailə quracaqsız. Əgər ikidən çox ay görürsünüzsə, ayların sayı toyunuza qalmış illərin sayını göstərir.

Albalı çəyirdəkləri.
Bu fal bir çoxlarına yaxşı tanışdır. "Bu il, gələn il, nə vaxtsa, heç vaxt" sözlərini deyə-deyə, nimçədə olan albalı çəyirdəklərini sayırıq. Hər dörd albalı çəyirdəyindən sonra sayı yenidən başlayırıq. Çəyirdək sayının bitdiyi söz toyunuzun vaxtını xəbər verəcək. Həmin fala çobanyastığı ləçəkləri ilə də baxmaq olar.
(səs: 1)
Şərhlər: 5
Baxılıb: 4 040
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri