Hər kəs öz niyyətinin gözü ilə görür

Müəllif: Mr. OffiCeR
Şərhlər: 8
Baxılıb: 1 988
Səs ver:
(səs: 2)
Adamlar cürbəcür olurlar: Bir iş görəndə "başqaları nə deyər?" düşünənlər və bir də başqalarının nə düşündüyünə əhəmiyyət verməyərək gördüyü işin nə qədər doğru, gərəkli və həqiqətə uyğun olduğunu əsas tutanlar. Birincilər asılı, ikincilər isə azad insanlardır. Azadlığın əsas şərtlərindən biri də elə budur, başqalarının rəyindən daha çox, vicdanının səsinə qulaq asmaq. 
Məsələnin qarşı tərəfi də var: yəni ətrafda gördüyünə münasibət. Bu münasibət də insan xarakterinin açılması üçün mühüm amildir. Yəni hər kəs ətrafına öz niyyətinin gözü ilə baxar, daha doğrusu, öz düşündüyünü görmək istəyər. Xoşniyyətli adamlar ilk qarşılaşdığı hadisələr və adamlar haqqında hər zaman yaxşı şeylər düşünər, daha doğrusu, məsələni yaxşıya yozmağa çalışarlar. Bu cür yanaşmaya hüsn-zənn, yəni xoşgörü deyilir. Gördüyü hər kəsdə, hər hadisədə qüsur axtarmaq, onu qaralamağa çalışmaq isə sui-zənn adlanır, yəni qaraniyyətlilik.
Qurani-Kərimdə bu haqda belə buyurulur: " Ey iman edənlər, çox zənndə bulunmaqdan çəkinin, çünki zənnin bir qismi günahdır. Bir-birinizin qüsurlarını araşdırmayın, kimsə kimsənin qarasınca danışmasın..."
Gözəl əxlaq sahibi gördüyü qüsurları yaymaz, orda-burda danışıb qüsur sahibinin olan-qalan qürurunu da ayaqlar altına atmaz, o eyibləri, əskikləri düzəltməyə çalışar. Yəni əsl insan gördüyü pis halları yaxşıya çevirməyi özünə borc bilər və bu borcu yerinə yetirməklə rahat olar, pisniyyətlilər isə başqalarının qüsurundan özü üçün lovğalanmağa mövzu çıxarar, artıq-əskik danışıb, günah edər.  
Bədniyyətlilik mənəvi xəstəlikdir, bu xəstəliyə düçar olanlar könül xoşluğunun, mənəvi həzin nə olduğunu bilməzlər.
Allah-Təala sizləri və bizləri bu cür mənəvi xəstəliklərdən qorusun!
(səs: 2)
Şərhlər: 8
Baxılıb: 1 988
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri