Mütləq oxuyun - Nağıllar Dünyası

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 2 625
Səs ver:
(səs: 1)
Ən böyük arzum nağıllar aləminə səyahət etməkdir. O gözəl, maraqlı, rəngarəng nağıllar dünyasına. Çünki mənim ürəyimdən keçənlərin, arzularımın, diləklərimin yalnız və yalnız nağıllar aləmində bir arada olacağını düşünürəm. Heç kəsinn bir-birinə qarşı pislik etmədiyi, etsə belə sonunda o pisliyin ortaya çıxdığı, yaxşının qalib gəldiyi, pisin isə öz cəzasını çəkdiyi dünyaya. Yalanın olmadığı bir dünyaya, ya da yalana üz tutan insanın həmin dəqiqə burnunun uzanıb yalanını bəlli etdiyi bir dünyaya. İnsanların həqiqətən mehriban, səmimi olduğu bir dünyaya. Cinayətlərin, müharibələrin olmadığı, anaların gözü yaşlı olmadığı, ataların çarəsiz qalmadığı, qardaşın bacıya, bacının isə qardaşa həsrət qalmadığı, insanların sadəcə öz əcəlləri ilə öldüyü bir dünyaya. Uşaqların xoşbəxtliyi sözün əsl mənasında yaşadığı, valideynlərin dövrün tələblərinə görə övladlarının qarşısında başlarının aşağı olmadığı bir dünyaya. İnsanların bir- birini əzmədiyi, alçaltmadığı, bunu etsə belə sonunda nəticələrini gördüyü və bir daha etməməsi üçün dərs aldığı bir dünyaya. Həqiqi sevginin daha çox mövcud olduğu, qızların oğlanlara, oğlanların da qızlara şübhə ilə yox, müxtəlif hisslər və davranışlarla yox, saf və təmiz sevgi ilə yanaşdıqları dünyaya. Xəyanətlərin olmadığı, qadınların xoşbəxt yaşadığı dünyaya. Hər kəsin hər şeyi halal zəhmətlə əldə etdiyi, oğurluğun olmadığı bir dünyaya. Uşaqların soyuqdan donmadığı, tox olduğu və onlara kömək edəcək insanların çox olduğu dünyaya. İnsanların müasir texnologiyasız çətin işlərin öhdəsindən gələrək xoşbəxt olduğu dünyaya. Sadiq insanların yox, etibarsız insanların barmaqla sayılacaq qədər olduğu dünyaya. Pulun bu qədər dəyərli bir varlıq olmadığı, pul üçün şərəfi, qeyrəti, namusu satan insanların olmadığı bir dünyaya. Qadınların və qızların küçədə atmacalar və ya maşın siqnalları eşitmədiyi bir dünyaya. Xəstələrin tez bir müddətdə şəfa tapdığı, ağır xəstələtin dərmanlarının isə hansısa  bir dağdakı çiçək və ya ot olduğu bir dünyaya. Paxıllığın, qəmin, kədərin yox, sevincin, şadlığın hökm sürdüyü bir dünyaya.         Heyvanlara işgəncələr verilmədiyi, onların dəri, və ya pul mənbəyi kimi yox, Allahın yaratdığı canlı bir varlıq kimi göründüyü, onlara qayğı ilə yanaşıldığı bir dünyaya. Kaş ki adlanan arzu ədatının mövcud olmadığı bir dünyaya... Nağıllar dünyasına...

P.S- Yazının müəllifi özüməm. Səmimi fikirlərinizi öyrənmək istəyirəm. Əvvəcədən təşəkkürlər.
(səs: 1)
Şərhlər: 4
Baxılıb: 2 625
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri