Tək də xoşbəxt olun!

Müəllif: Mr. OffiCeR
Şərhlər: 9
Baxılıb: 2 957
Səs ver:
(səs: 5)
Etmədiyiniz bir şey edin
Tək də xoşbəxt ola bilmənin ən gözəl tərəfi uzun müddətdir etmədiyiniz şeyləri edə bilmənizdir. Şirniyyatçıdan ən sevdiyiniz şirniyyatları alın və eynisindən hazırlamağa çalışın, telefonunuzu otaqda qoyun və özünüzü günorta yuxusuyla mükafatlandırın, kitabxanaya gedin və saatlarla araşdırma aparın... Seçim sizindir!
 
Ən yaxşı fərdi xüsusiyyətlərinizi bir kağıza yazın
Tək olduğunuz üçün sizdə bir problem olduğunu düşünürsünüz? Tək olduğunuz zamanlarda kədərlənmək əvəzinə özünüzlə bağlı yaxşı xüsusiyyətləri bir kağıza yazın. Bu özünüzdə bəzi yaxşı cəhətlərinizi xatırlamanızı təmin edəcək.
 
Bütün həftə sonu üçün film seçin
Başqalarının bəyənib bəyənməyəcəklərini düşünmədən, izlədiyiniz film üçün utanmadan, istədiyiniz filmi seçin.
 
Öyrənmək istədiyiniz şeyləri öyrənin
Öyrənmək istədiyiniz amma öyrənməyə imkan tapmadığınız şeylərə yönəlin. Rəsm kursuna, idmana, tennis dərslərinə yazılın.
 
Köhnə dostlarınızla yenidən əlaqə yaradın
Məktəb yoldaşlarınız nə edirlər, heç maraqlanmısınız? Ya da uzun müddət öncə ayrıldığınız köhnə dostlarınız? Sosial mediadan da yardım alaraq köhnə dostlarınızı tapa bilər, onlarla yenidən görüşməyə başlaya bilərsiniz.

Unutmayın, tənhalıq hər zaman pis olmaq məcburiyyətində deyil. Bu anları əyələncəli vəziyyətə gətirə bilərsiniz.
(səs: 5)
Şərhlər: 9
Baxılıb: 2 957
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri