Mirvarilər haqqında bunları bilirdinizmi?

Müəllif: yasemin
Şərhlər: 3
Baxılıb: 6 344
Səs ver:
(səs: 3)
Mirvari yaqanə heyvan mənşəli qiymətli daşdır. O, brilyant və ya zümrüd daşları kimi yeraltı mədənlərdə deyil, İkitaylı molyuskların çanağında formalaşır. Bəs çanağın içinə mirvari necə düşür? Qədim yunanlar hesab edirdilər ki, mirvarilər – su pərilərin bərkimiş göz yaşlarıdır. Orta əsrlərdə insanlar düşünürdülər ki, mələklər çanaqda yetimlərin və günahsız təhqir olunanların göz yaşlarını gizlədir, sonra bu göz yaşları mirvarilərə çevrilir. Əslində, mirvari – molyuskların özünümüdafiə əməklərinin bəhrəsidir. Çanağın daxilinə kənar obyekt və ya parazit düşəndə, orada mirvari formalaşır. Molyusklar bu kənar obyektdən qurtarmaq üçün, onu xüsusi maddə ilə bürüyür və beləliklə, özünü müdafiə edir.
Molyusklar mirvariləri şirin və ya duzlu sularda yaradır. Çay mirvariləri daha universal hesab olunur. Bu cür mirvarilərdən həm kəndli, həm də nəcib xanımların paltarlarında bəzək üçün istifadə edirdilər. Çay mirvariləri dəniz mirvarilərindən qat-qat ucuzdur, bu onun daha sürətli və asan istehsal olunması ilə bağlıdır. Bundan əlavə, çay molyuskları dənizdəkilərdən böyükdür, onlar eyni vaxtda 20-yə qədər mirvari yarada bilir. Çayda yetişən mirvarilər öz dəniz bacılarından bir az kiçik, daha az parlaq və qeyri-mükəmməl formada olur. Amma çay mirvarisi dəniz mirvarisindən daha möhkəm və sürtülməyə qarşı daha davamlıdır. Dünyada məhz çay mirvarisi daha çox hasil edilir.
(səs: 3)
Şərhlər: 3
Baxılıb: 6 344
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri