Məntiqli suallar

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 2 637
Səs ver:
(səs: 2)
Əlinizdə yalnız bir kibrit çöpü ilə, içərisində neft lampası, odun sobası və odun kabini olan bir otağa daxil olursunuz. Hansını birinci yandırmalısınız?  
Işə gedib gələn bir adam ,hər gün işə gedərkən liftlə, yaşadığı 15-ci mərtəbədən 1-ci mərtəbəyə düşür. İşdən qayıdarkən isə, hər dəfə 7-ci mərtəbəyə liftlə çıxır və sonra isə 15-ci mərtəbəyə qədər 8 mərtəbə piyada qalxır. Bunun səbəbi nədir?
 
Müharibə zamanı əsir düşmüş bir adama düşmənləri deyir: Son ifadəni ver.Əgər verdiyin ifadə düzdürsə, səni asacağıq. Yox əgər verdiyin ifadə səhvdirsə, səni güllələyəciyik. Əsir elə bir ifadə deyir ki, həyatı xilas olur. Bu son ifadəni tapın.
 
Yaşlı bir qoca rəhmətə gedir və 3 oğluna yeddi şərabla tam dolu çəllək , yeddi tən yarıya qədər şərabla dolu çəllək və yeddi tamam boş çəllək qoyub gedir. Öz vəsiyyətində isə yazır ki, üç oğlundan hər birinə eyni sayda tam dolu, eyni sayda yarıya qədər dolu və eyni sayda boş çəllək çatmalıdır. Qocanın vəsiyyətini necə yerinə yetirmək olar?
 
Təsəvvür edin ki, sizdə 9 dəmir kürə var. Onların hamısı eyni formadadırlar, lakin kürələrdən biri saxtadır və digər eyni çəkili səkkiz kürədən yüngüldür. İki-gözlü tərəzidən yalnız iki dəfə istifadə etməklə saxta kürəni necə tapmaq olar?
 
Restoranda kofe içməyə hazırlaşan bir müştəri, kofedə milçək tapır. Müştəri hirsli şəkildə ofisiantı çağırıb bir stəkan yeni kofe istəyir.Ofisiant bir müddət sonra bir stəkan kofe gətirir və müştəriyə təqdim edir. Müştəri kofedən biraz içəndən sonra deyir: "Bu elə bayaqkı kofedir!! Apardığın kofeni yenidən niyə gətirirsən?!” Müştəri kofenin eyni olduğunu necə anladı?
(səs: 2)
Şərhlər: 3
Baxılıb: 2 637
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri