Məntiqli suallar (2. hissə)

Müəllif: Mr. OffiCeR
Şərhlər: 1
Baxılıb: 2 412
Səs ver:
(səs: 1)
Yüz sərnişin, 100 oturacaqlı təyyarəyə minmək üçün sıraya düzülürlər. Sırada birinci olan sərnişin biletini itirdiyi üçün bəxtəbəxt ( ixtiyari ) bir yerdə oturur. Hər bir növbəti sərnişin, öz  biletindəki yer boşdursa öz yerində, yox əgər doludursa bəxtəbəxt bir yerdə oturur və bu proses davam edir. Təyyarəyə sonuncu daxil olan 100-cü sərnişinin öz yerinin tutulduğunu aşkarlaması ehtimalı nə qədərdir?  
Stolun üstünə tam silindr formasında olan şəffaf bir stəkan qoyulur və ona müəyyən miqdarda su tökülür. Amma bilmək olmur ki, stəkan yarıdan çox doludur, yarıdan çox boşdur yoxsa yarıya qədər doludur. Heç nədən istifadə etmədən bunu necə müəyyənləşdirmək olar?
 
İki qız belə bir oyun oynayırlar: İkisi də sırayla çobanyastığı gülündən 1 və ya 2 qonşu ləçək qopardırlar. Ən axırıncı ləçəkləri qopardan və rəqibinə qopartmağa ləçək qoymayan oyunçu qalib olur. Bu oyunu hansı qız udar, birinci başlayan yoxsa ikinci başlayan? Qalib gəlmək üçün hansı taktikadan istifadə etmək lazımdır?
 
Təsəvvür edin ki, stolun üzərində kub formasında bir pendir var. Bu pendiri bıçaqla iki hissəyə necə bölmək lazımdır ki, kəsimdən alınan iki səth ( iki yeni üz ) düzgün altıbucaqlı şəklində olsun?

Təsəvvür edin ki , sizin önünüzdə uzunluğu təxminən 1 metr olan bir kəndir var. Sizdən, sağ əlinizlə kəndirin bir ucundan, sol əlinizlə kəndirin o biri ucundan tutub , bu kəndiri düyünləmək tələb olunur. Lakin kəndirin hansısa ucunu tutduqdan sonra bir daha əlinizi o ucdan ayıra bilməzsiniz. Bu düyünü necə əldə etmək olar?
 
Bir gün bir alim – bioloq qəfəsə xameleonlar(buqələmunlar) yerləşdirir: 10 ədəd yaşıl, 14 ədəd qırmızı və 15 ədəd boz xameleon. Sonradan alim müşahidə edir ki, iki fərqli rəngdə olan xameleon üz-üzə gəldikdə, onların hər ikisi rənglərini üçüncü rəngə dəyişirlər. Məsələn, yaşıl və qırmızı xameleon üz-üzə gəldikdə onların hər ikisi rənglərini boza dəyişirlər. Balaca qəfəsdəki bu xameleonlar nə vaxtsa, hamısı eyni rəngə çevriləcəklərmi?
 
Bir gün iki şahmat ustası dostlarının evinə qonaq gedirlər. Qonaqlıq əsnasında, ev yiyəsi deyir ki, siz şahmat ustası ola bilərsiz amma mənim 12 yaşındakı kiçik qızım Sizdən heç olmazsa birini şahmatda uda bilər. Özüdə ikinizlə eyni zamanda birdən oynayaraq.. Ustalar mərcə girib kiçik qızla şahmat oynayırlar, və ev yiyəsinin qızı həqiqətən də onlardan birini udur, birinə isə uduzur.. Bu necə ola bilər?
 
Balaca bir göldə üzən qayıqda ağır bir daş var. Qayıqdakı adam bu daşı gölə atır və daş gölün dibinə düşür. Bu hadisədən sonra, gölün su səviyyəsi yuxarı qalxar yoxsa aşağı düşər?
 
Bir ölkədə, gözü göy olan insanlar arasında saçı sarı olanların hissəsi, bütün əhalidə saçı sarı olanların hissəsindən böyükdür. O zaman, saçı sarı olanlar arasında gözü göy olanların hissəsi, bütün əhalidə gözü göy olanların hissəsindən böyükdür deyə bilərikmi?
(səs: 1)
Şərhlər: 1
Baxılıb: 2 412
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri