İnsanı onlar qocaldır

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 1 965
Səs ver:
(səs: 0)
Təlaş və qorxunun, depressiyanın geniş yayılmış forması olan fobik təlaş yaşayan insanlar heç bir səbəb olmadan yüksəklikdən, insanların çox olduğu yerdən və s. qorxurlar. Belə insanların orqanizmlərindəki telomerlərdə fəsadlar yaranır.

Telomerlərin ölçüləri orta yaşlı və yaşlı qadınlarda daha qısa olur.
ABŞ-ın Boston şəhərindəki Qadın Hospitalının psixiatrı, professor Oliviya Okereke qocalma prosesinin detallarını, habelə stressin yaşlanmaya necə təsir etdiyini müəyyənləşdirmək üçün tədqiqatlar aparıb.

Məlum olub ki, stress və təlaş insan orqanizmində qocalmanı sürətləndirir, bu zaman telomerlər müstəsna rol oynayır.

Telomer orqanizmdə xromosomların qılafındadır və DNT-n təhlükədən qoruyur. İnsan yaşlaşdıqca telomerlər də qısalır.
Eyni yaşdakı insanlardan telomerləri qısa olanlarda xərçəng, ürək-damar xəstəlikləri, depressiya və ölüm riskləri daha çox olur.

Professor Okereke yaşları 42-69 arasında olan 5243 qadın üzərində müşahidələr aparıb. Məlum olub ki, daha çox fobiyası olan qadınlarda telomerlər daha qısa olur.
(səs: 0)
Şərhlər: 6
Baxılıb: 1 965
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri