İnternetdən asılılıq

Müəllif: Mr. OffiCeR
Şərhlər: 9
Baxılıb: 2 235
Səs ver:
(səs: 3)
Britaniyanın Suonsi Universitetinin və Milan Universitetinin alimləri maraqlı tədqiqat aparıblar. Onlar sübut ediblər ki, internet-asılılığı insan orqanizminin immunitetini məhv edir.

Yaşı 18-dən çox olan 500 nəfərdən ibarət fokus qrupunu sorğu-sual ediblər. Onların azı 40 faizi orta və ya ağır dərəcəli internet- asılılıqdan əziyyət çəkirmiş. Bir neçə maraqlı qanuna uyğunluq üzə çıxıb. Əvvələn, şəbəkədən asılı olan insanların 30 faizi soyuqdəymədən və qripdən daha çox əziyyət çəkir. İkincisi, internetdən asılı olan istifadəçilər, məsələn, şəbəkə işləməyəndə çox narahat və stressə qarşı davamsız olurlar. Alimlər hesab edirlər ki, şəbəkəyə qoşulandan sonra gərginliyin azalması orqanizmdə kortizolun səviyyəsini güclü surətdə dəyişir. İmmun sisteminin qoruyucu funksiyalarını xeyli dərəcədə kortizol müəyyən edir.

Bundan əlavə, internet fanatları başqa adamlarla nadir hallarda canlı ünsiyyət qurur və deməli, özlərini mikrobların təsirindən qoruyurlar. Belə təcrid də immuniteti sarsıdır.

Əlavə etmək olar ki, internetdən asılı istifadəçilər doyunca yatmır, daha çox siqaret çəkir, spirtli içki içir, idmanla məşğul olmurlar.

Alimlər xəbər verirlər ki, tədqiqat iştirakçılarının çoxu internetdən orta hesabla gündə altı saat istifadə edib.
(səs: 3)
Şərhlər: 9
Baxılıb: 2 235
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri