Qafqaz Albanıyası

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 2 565
Səs ver:
(səs: 0)
Digər Azərbaycan dövləti Albaniya Araz çayının şimal sahilindən cənubi Dağıstana qədərki ərazidə yerləşirdi. Bu dövlətə on bir əyalət Çola, Lpiniya, Kambisena, Hereti, Qəbələ,Şəki, Paytakaran (Beyləqan), Uti, Girdman, Arsax və Sünik daxil idi. Ölkənin paytaxtı ilk əvvəl Qəbələ, daha sonra isə Bərdə şəhərləri olmuşdur.
Artıq er.əv. III yüzillikdə ölkədə yerli gümüş pullar zərb edilirdi. Yazılı mənbələrin verdiyi məlumata görə Qafqaz Albaniyası 26 yerli qəbilənin siyasi ittifaqı nəticəsində yaranmışdır. Bu hadisə təxminən er.əv. IV əsrə təsadüf edir. Dövlətin ilk hökmdarı Aran hesab edilirdi. İlkin mərhələdə ölkədə rəsmi din zərdüşt dini olmuş, er. I yüzilliyində isə xristianlıq qəbul edilmişdir. Xristian kilsəsinin başında müstəqil alban katalikosu dururdu. İlk zamanlar onun iqamətgahı Dərbənd, sonra isə Bərdə şəhəri idi. Qədim albanların təsərrüfatı, məişət və həyat tərzi Yaloylutəpə arxeoloji mədəniyyəti əsasında öyrənilmişdir. Bundan başqa yunan və roma müasirlərinin əsərlərindən və Kalankatuylu Musanın "Alban tarixi" salnaməsindən Qafqaz Albaniyası haqqında kəsərli məlumat əldə etmək olar. Qafqaz Albaniyasında əkinçilik, heyvandarlıq, sənətkarlıq və ticarət yüksək inkişaf etmişdir. Ölkədə bağçılıq və ilk növbədə ipəkçilik mövcud idi.
Albaniya ərazisində 30-dan artıq şəhər var idi ki, bunlar da əhəmiyyətli sənətkarlıq və ticarət, siyasi, inzibati, mədəni və dini mərkəzlər rolunu oynayırdılar. Ölkənin yüksəlişi dövründə Albaniya şimaldan Böyük Qafqaz dağları, cənubdan Talış silsiləsi, şərqdən Xəzər dənizi, qərbdən isə Gürcüstanla məhdudlaşan böyük bir ərazini əhatə edirdi. Bu bərəkətli və zəngin ölkə əsrlər boyu bir çox xalqların və qəsbkar dövlətlərin diqqətini özünə cəlb edirdi. Hələ er.əv. III-II əsrlərdə ölkəyə şimaldan masaqet və sarmat tayfaları müdaxilə etmiş və Xəzər sahilində bir müddət mövcud olmuş Mazküt dövlətini yaratmışdırlar. Er.əv. I yüzillikdən başlayaraq romalıların legionları Cənubi Qafqaza, o cümlədən Albaniyaya bir neçə dəfə yürüş etmişdilər. İmperator Domitsianın dövründə (er.əv. 83-96) romalılar Xəzər dənizinin sahillərinə gəlib çıxmışdılar. Bu barədə Qobustanda tapılmış latın dilli qayaüstü yazı xəbər verir. Eramızın 70-ci illərində ölkəyə şimaldan alan tayfaları basqın edib Kambisena əyalətini zəbt etdilər. Bu basqın və müharibələrə baxmayaraq Qafqaz Albaniyası özünün dövlət müstəqillyini qoruyub saxlaya bilmişdir.
Etno-siyasi birliklər[redaktə | əsas redaktə]
Azərbaycanda (quldarlıq quruluşunu yaşayan) ilk etno siyasi birliklərin meydana gəlməsi miladdan oncə III- cüminilliyin II yarısına, daha dəqiq eradan əvvəl XXV-XXIII-əsrlərə, yəni 4500-4300 il bundan əvvələ təsadüf edir.
"Aratta" etno siyasi birliyi
"Kuti" etno-siyasi birliyi
"Lullubi" etno-siyasi tayfa birliyi
"Su" tayfa birliyi
"Turukki" etno siyasi birliyi
"Hurri" etno siyasi birliyi.
Aratta, Kuti, Lullubi, Su tayfaları qədim şərqin tarixində mühim rol oynamışdılar və Azərbaycan xalqının formalaşması prosesindı onların rolu şübhəsizdir. Ən azından ona görə ki, m.ö VIII-esrde Azərbaycan ərazisində ilkin dövlət yaradan Mannalılar, adları çəkilən tayfaların varisləri və törəməsidirlər.
Bu tayfaların dil kökünün tam bəlli olmamasına baxmayaraq, onlarin dilində ve yaxud onların yaşamış olduqları ərazilərin adlarında bir çox qədim türk dili mənşəli sözlərin olması məlumdur. Məsələn, Aratta ölkəsinin yerləşdiyi ərazi qaynaqlarda "Alataye" olaraq qeyd edilib ki, bu da bu sozun Altay-Türk coğrafi nomenklaturasinda işlənməkdə olan sözlərlə (Altay, Alatau, Alatava, Aladağ və s.) bağlılığı şübhəsizdir. Son araşdırmalarda Mannadakı "Uişdiş" vilayətinin adı "Vişdiş", "Beşdiş", yəni Beş dağ olaraq izah edilir. Assur çarı II Sarqon həmin vilayətdəki "Uşkaya" (İndiki Üsküyə) adı isə "Üç qaya" ve yaxud "Üst qaya" kimi açıqlanır. Eləcə də, barəsində danışdığımız xalqların dilində "Qantau" (Qandağ), "İştatti" (isti yer) və sairə kimi çoxsaylı türk dillər qrupuna yaxın sözlər mövcud idi. Assur qaynaqlarında "Turukki" olaraq işlədilən tayfa adı isə türk etnoniminin ilkin yazılış şəkli sayıla bilər.
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 2 565
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri