Şüphə etməyi kənara qoyub, necə yenidən yaşamaq istəyini qaytarmaq olar?

Müəllif: adsiz-a
Şərhlər: 3
Baxılıb: 1 992
Səs ver:
(səs: 2)
İstənilən adama xas olan müəyyən şüphələr var. Şüphə bizi daxildən gəmirərək,dəfələrlə " bəs elə olmayıb,belə olsaydı nə olacaqdı?" sualını özümüzə verməyə vadar edir. Qeyd etmək lazımdır ki,şüphələr fərqli olur. Aşağıda iki misal çəkəcəyəm: 
 
a) " Mən biznesimizin xarici bazarda genişlənməyə ehtiyacı olmasından şüphə edirəm,çünki,bu aləmin taxçasına mıx sancıb oranın güclü iştirakçılarının yerini dar edə bilmərik".
b) " Mən düşünmürəm ki, bu şirkətə rezüme göndərmək yaxşı fikirdir,axı orada ,namizədin danışıqları apara bilmək bacarığı tələb olunur,mənim isə belə təcrübəm yoxdur".
 
İndi isə analiz edək. Birinci olayda olan şüphələr milyonlarla dolların boşuna xərclənəcəyinin qarşısını alır,ikinci misalda isə şüphələr daha çox pul qazanmağa imkan vermir.
Bu yolla şüphələri iki yerə ayırmaq olar-pozetiv və neqativ şüphələr. Pozitiv şüphələrlə hər şey aydındır,onlar sənədli əsaslanma zəminində əmələ gəlmişdir. Ümumiyyətlə şüphələri tam yox etmək üçün bir neçə fakt və stsatistik məlumat çatışmazlığı olur ki,onları da qısa zamanda tapmaq mümkündür.
İnsanlarda neqativ şüphələrin əmələgəlmə qaynağı aşağıdakılardır.
 
1. Öz gücünə inanmamaq. İnsanda özünəinam olduqca böyük qüvvədir. İnsan özünəinamlı deyilsə,hər zaman bir addım qabağa atmaq məqamı gəldikdə problemlər yaşayır. İnsan özünü uğurla birlikdə bir növ təsəvvür eləmir,buna görə də,indi mövcud olduğu şəxsi komfort ərazisini yarıb ondan fərqli məkana çıxa bilmir.
 
2. Özünürefleksiyanın hədsiz uzanması.
Bu da əvvəldə qeyd etdiyim səbəbdən doğur. Xırdalasaq,insanlar baş verə biləcək hadisəni öz beyinlərində oqədər təsəvvür edir ki,onu hər situasiyada təsəvvür edir. Bir qanun olaraq həddən artıq bu növ düşüncələr olan beyin sahibində heç bir şey alınmır.
 
 
3. Məmnuniyyət və ya "komfort ərazisi".
Bu o zaman baş verir ki, Maslou piramidasına daxil olan bütün əsas insani ehtiyaclar təmin olunsun ( qida,yaşayış,təhlükəsizlik) . Siz heç də digərlərindən pis yaşamırsınız. İtirəcəkləriniz varsa,bu şüphələrin baş verməsi üçün biləvasitə səbəbdir.
 
4. Ümid və onun illüziyası.
Əgər nəyə isə ümid edirsinizsə,və ümidiniz heç bir obyektiv səbəb ilə bərkidilməyibsə,şüphə atəşinin qurbanı ola bilərsiniz. Məsəlçün,siz yeni bir iş axtarışındasınız və ömür boyu orada işləmək xəyalları qurduğunuz kompaniyadan , X kompaniyasından zəng qəbul etmisiniz. Dialoqun sonunda menecer sizə şablon kəlməni " biz sizinlə əlaqə saxlayacağıq" deyib danışığı bitirdi. Sabahkı gündə isə Y kompaniyası zəng edib sizi danışıqlara dəvət edir ,siz imtina edirsiniz. Səbəb- siz X kompaniyasının zəng edib sizə yeni vəzifə təklif edəcəyinə ümid edirsiniz. Ümid sizdə şüphə toxumu əkdi və onlar gecikmədən cücərir.
 
5. Ətrafdakıların fikirlərinə qarşı həssas olmaq.
Biz istəsək də ,istəməsək də,bizi əhatə edənlər ,prinsplərimizə,planlarımıza,həyat qurmağımıza təsir göstərir. Psixoloji sakitlik və mənəvi təminolunma üçün qısa zaman ərzində cəmiyyət fikirlərinə qarşı "immunitet yaradıb" kollektivin nə düşünəcəyini önəmsəmək lazımdır. Nəticədə öz şüphələrinizin üstünə digərlərin şüphələri də gəlmiş olmaz.
Şüphələrin,əmələgəlmə səbəbi ilə mübarizə aparmaq çətin deyil,lakin,burada kompleks yanaşma lazımdır. Neqativ şüphələr əleyhinə əsas resept belədir : hadisələrə olan yanaşmanızı bacardıqca maddiləşdirin. Rasional və merkantil olun. Xırdaçılıq eləsəniz belə ,bütün mənfi və müsbətlikləri götürqoy edin. Hadisəyə qədər,və hadisədən sonra nə olacağını dəfələrlə təsəvvür etməyi kənara qoyun,belə anlarda siz paraşutçuya bənzəyirsiniz,dayandığı yüksəklikdən aşağı tullanmağa cəsarət edə bilməyən paraşutçuya. Eyni zamanda,boş ümidlər bəsləməyin,həd zaman ayıq başla hadisələri dəyərləndirib,bir neçə ehtiyat planı saxlayın.
(səs: 2)
Şərhlər: 3
Baxılıb: 1 992
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri