Uşaqlıq illəri...

Müəllif: Mr. OffiCeR
Şərhlər: 8
Baxılıb: 3 998
Səs ver:
(səs: 5)
Sənli günlərimin qədrini bilmədim, uşaqlıq illəri. Sənli illərdə yaşasamda fikirlərimdəki böyümək həvəsi məni səndən ayırdı. Bilməzdim bu qədər tez çıxıb gedəcəyini. Sən çıxıb gedəndən uşaqlıqanlarını da özünlə apardın...
Düşünməzdim bu qədər axtaracam sənli illərimi... Bilirəm bir daha geri qayıtmayacaqsan. Səni çox incitdiyimi də artıq anlamışam. Mənə bəxş etdiyin saf anları dəyərləndirə bilmədiyimi də bilirəm.
Bir zamanlar cansıxıcı gələn oyuncaqlarım üçün bir bilsən nə qədər darıxdığımı. İndi anlayıram sənin mənə bəxş etdiyin qayğısız, ürəkdən qəhqəhələrlə güldüyüm günlərimi.
Nə olar, bir anlıq geri qayıtsan sənli illərimi bir daha yaşasam. Gəl, gəl ki, nəvazişli günlərimi, uşaq vaxtı mənə qorxulu gələn, indi isə həsrətin çəkdiyim anılarımı xatırlayım...
Yadındadır? Qonşumuz Tahirə xalanın oğlu Əhmədin məni ağacdan itələdiyi gün? Dizlərim qan içində idi. Çox qorxmuşdum həmin vaxt. O qədər ağlamışdım ki, dizlərimdəki yaranın sağalmayacağını düşünürdüm. Atamın uzun saçlı mələyim deyərək dizlərimi sarğı etdiyini və gülərək erməni qan görüb ifadəsini deyərək göz yaşlarımı sildiyini də xatırlayırsanmı?
Uşaqlıq illərim, həmin göz yaşlarım üçün çox darıxmışam. Bilirsən, indi nələrin həsrətin çəkirəm? Məktəb illərimi-bizə qayğı göstərən müəllimlərimi, ən əsas isə ətrafımda məsumluqla əhatələnmiş sinif yoldaşlarımın məsum simalarının həsrətini çəkirəm.
Nədən susmusan? Axı nədən bu qədər kinayəlik edirsən? Mən səhf etdim, inan ki, anlamışam səhfimi. Bax, sənli günlərimdən artıq bir xatirə də yaratmışam. Yadındadır məktəbin bitib kəndə getməyimi necə səbrsizliklə gözləyirdim? Nənəmin təndirdə bizim üçün bişirdiyi kökələrin qoxusunu hələ də hiss edirəm.
İndi hər səhər əmim uşaqları ilə günəşin doğduğunu seyr etmək üçün Kür çayına- bəndin üstünə getdiyimiz günlərə möhtacam. Uşaq vaxtı anamın uşaqlığından danışarkən nədən sevinclə danışdığını, bəzənsə kövrəldiyini indi anlayıram. Duyursanmı, artıq hərkəs mənə gənc deyir. Deyirlər ki, həyatının elə bir vaxtıdır ki, sənə verilən zamanı düzgün qiymətləndirməyi bacar. Amma onlar sənin kimi deyillər ki.... Sən mənim ağrılarımı heç olmazsa susaraq dinləməyi bacarırsan. Onlarsa..... Bəzən susmaq, cavab verməmək ən yaxşı cavabdır deyirlər. Bəlkə bəzənsiz sussam ən yaxşı cavab olar, hə? Eynən sənin kimi. Daşlaşmış illərim, yalnız mənəmi qarşı bu qədər soyuqsan? Sən Allah bu qədər soyuq olma. Axı mən sənin xatirələrinin sayəsində ayaq üstündə durmalıyam. Bax həyat mənə yanılmaq hissinin nə olduğunu da öyrətdi.
Bir zamanlar qürrələnərək dediyim "mənim qarşıma saf niyyətli insanlar çıxır” kəlməsini də artıq deyə bilmirəm. Axı bu mühüt nə zaman bu qədər çirkinləşdi.
Yoxsa mən yeni-yeni hiss edirəm? Qəlbi daşlaşmış illərim, sanma ki, şikayət edirəm. Məni düzgün anlayırsan, hə? Bilirsən əslində xoşbəxtəm. Xoşbəxtəm ki, məni hələ də əzizləyən valideyinlərim daima mənimlədir. Ağladığımda başımı dizlərinə qoyduğum anamın nəsihətləri mənimlədir. Əvvəlki mənlə sonrakı mən arasındakı fərq bilirsən nədir? Əvvəl hərkəsə güvənirdim. İndisə heçkəsə güvənmirəm. Deyəsən mən də sən kimi olacam daşlaşacam, sərt olacam...Səncə bacararam?

Aytac Salahova
(səs: 5)
Şərhlər: 8
Baxılıb: 3 998
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri