Ay və bulud

Şərhlər: 2
Baxılıb: 1 865
Səs ver:
(səs: 0)
Buludun kölgəsi yerə düşər, düşər, amma o kölgə ayla bərabər olmaz. Ey yaxşılıq istəyən Haqq aşiqi! Özündən keçib Haqda fani olmaq buludsuz bir hala gəlməkdir. amma külək əsərək bu buludu gətirərsə, ayın nuru gedər. Ancaq bir xəyal qalar. Buludun, yaxud yozun pərdəlediyi ay bir xəyal kimi görünür. Məhz bədən buludu bizi xəyal düşüncəsinə sürükləyər. Ayın lütfünə, kərəminə bax. Onun " Buludlar bizim düşmənimizdir" deməsi ayrı bir lütfdür. ( Burada ay deyiləndə Allah nəzərdə tutulur.)Bulud və toz da ayı görməyimizə əngəl olan, pərdə olan mənliyimiz, nəfsimizdir. Biz mənliyimizə, nəfsimizə məğlub olduqda onlar ayı görməyimizə pərdə olur. Onun üçün Allah-Taala nəfsin həva və həvəsi ( Buludlar bizim düşmənimizdir deyə buyurmuşdur.) Ay buluda, toza, torpağa etina etməz. O, göylərdə nur saçaraq dövran edər. Yəni bulud və toz aya qədər yüksəlib onu pərdələməz. Ancaq bizim gözümüzün önünə bir pərdə olar. Ay çox yuxarılarda, buluddan, tozdan xəbərsiz fırlanar. İşıqlar saçar. Bizim əsl düşmənimiz buluddur, həm də can düşməni. Çünki ayı bizim gözümüzdən o gizlədir. Buludun parlaqlığı, gözəlliyi həqiqətdə aydadır. Amma hər kim buluda ay deyərsə O, yolunu itirmişdir. Ayın nuru buludun üzərinə düşdükdə onun qapqara üzünü aydınladar. Öz nuru ilə onu nurlandırar.
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 1 865
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri