Mona Liza portretinin altındakı müəmma

Müəllif: Miss_Oxatan
Şərhlər: 7
Baxılıb: 2 534
Səs ver:
(səs: 2)
Fransız alimi Blez Paskal Konte iddia edir ki, Leonardo Da Vinçinin məşhur "Mona Liza" əsərinin altında bir neçə təsvir aşkar edib. Onun sözlərinə görə, portretin altında əsl Liza Gеrardinin təsvirini tapıb.
 
Şəklin saxlanıldığı Luvr Muzeyinin əməkdaşları hələlik tədqiqatçının bəyanatını şərh etməkdən imtina edir. Çünki Konte bu muzeyin tədqiqat qrupunun üzvü deyil. O, sadəcə 2004-cü ildə sözügedən rəsmi tədqiq etmək üçün Luvrdan icazə alıb.
 
Qeyd edək ki, Paskal Konte on ildən artıqdır ki, "Mona Liza" əsəri üzərində çalışır. Onun sözlərinə görə, müasir texnologiya rəsmin altında nə gizləndiyini görməyə imkan verir:

"Şəklin alt təbəqəsində hansı rənglərin və mənzərələrin olduğunu görə bilirik. Texnologiyanın köməyi ilə şəkil soğan qabığı kimi təmizlənir və onu başqa mənzərələr əvəz edir. Bu üsulla rəsmin yaranma xronologiyasını bərpa edə bilərik”.
 
Kontenin sözlərinə görə, gizli portretin altında azı iki təsvir var. "Mona Liza" portretinin altında Cokondanın məşhur təbəssüm olmayan, bir az yana baxan başqa bir qadın təsvir olunub.
 
Oksford universitetinin professoru Martin Kemp yeni iddiaları qəbul etməyib. O, Paskal Kontenin rəsmin altında Liza Gerardinin əsl təsviri olduğu barədə fikrilə razılaşmayıb. Digər britaniyalı tarixçi Endryu Qrexem-Dikson isə, əksinə, fransız tədqiqatçını dəstəkləyib:
"Şübhəsiz ki, bu, əsrin ən böyük kəşflərdən biridir. Əlbəttə, çoxları buna etiraz edəcək. Axı rəsmin adını dəyişmək lazım gələcək. Belə çıxır ki, "Mona Liza" portretinə əlvida deyib, başqa şəklin təsvir olunduğunu qəbul edəcəyik”.
 
Xatırladaq ki, Leonardo da Vinçinin möhtəşəm əsəri 1503-1505-ci illərə aiddir. Bu portret italyan rəssamın ən məşhur əsərlərindən biridir.
(səs: 2)
Şərhlər: 7
Baxılıb: 2 534
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri