Mədəniyyətli olmaq hər birimizin insanlıq borcudur

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 2 490
Səs ver:
(səs: 2)
Bu hamıya bəlli məsələdir ki, mədəniyyətli olmaq hər birimizin insanlıq borcudur. Bəzən bəzilərinə bu borc vacib olur. Zənnimcə, ictimai mədəniyyəti bu vaciblərə daxil etmək düz olardı. 

İctimai mədəniyyəti bir çox yerlərə şamil etmək olar. Lakin mənim toxunacağım "mədəniyyətlilərimiz" nəqliyyat vasitələrini idarə edənlər, daha doğrusu, avtobus sürücüləridir. 

Hərdən avtobusdan istifadə edərkən elə bilirəm ki, hansısa bir "Rally" yarışında iştirak edirəm və sürücünün "şturmanıyam". Niyə belə sürüsünüz? cavabında isə, "ay qardaş, bizə vaxt qoyublar ki, geciksən, cəzalanacaqsan". İndi gəl bir yandan bunu qınama, bir yandan isə canınla "klas-klas" oyna.

Düzdür, hərdən işə gecikəndə bu cür sürətlə sürmələri işimə yarayır. Amma hərdən də elə özüm kimi dayancaqda durub, əl etdikdə sərnişini görə-görə saxlamayan sürücüləri görüb, əsəbləşirəm. Əsəbin səbəbi isə təbii sizə də aydın oldu. Çünki siz də bir çox vaxt bu cür hallarla rastlaşmısınız.

Lakin plan dolmadıqda on dəqiqələrlə dayanacaqlarda gözləyirsən, insanların işdən evə gedərkən pik vaxtında turşu şorabası kimi avtobusa presslənirsən, amma bu zaman müdiriyyət tərəfindən cəzalandırılmırsan. Bax, buna əsl Azərbaycan reallığı deyirlər. Və yaxud belə çıxarış etmək olar ki, sürücülər bizə sərnişin kimi yox, 20 qəpik gözündə baxırlar (Bu ifadə hər sürücüyə aid deyil) . Buna görə bizə "akrobat" dərsləri keçib, "mehriban olun", deyərək dözümlü edirlər. 
 
Gəlin, bu cür görüntülər ilə avropalılara Hindistanı xatırlatmayaq! 



Bu cür hadisənin şahidi olan avropalılar məşhur GTA oynunu xatırlayacaqlar 



Qonaqlarımız bu cür səhnənin şahidi olsa, "Titanik" filmi xatırlanacaq 



Burda "Avtoşluqdan" başqa ağıllarına başqa bir fikir də gəlməyəcək 

(səs: 2)
Şərhlər: 5
Baxılıb: 2 490
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri