Özünə qarşı dürüst ol!

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 3 123
Səs ver:
(səs: 1)
Bəzən insanlar mənfi cəhətlərini düzəltmək üçün səy göstərirlər. Nəticədə də həqiqətən düzəltdiklərini zənn edirlər. Bir təzyiqlə qarşılaşdıqlarında buna dözürlər. 2-ci təzyiq olduğunda da dözürlər. Amma bir az çox təzyiq olduğunda buna qarşı müqavimət göstərə bilmirlər. Nəfslərindəki bu çatışmazlığı hərəkətə gətirən hər hansı bir təzyiqdə dərhal köhnə rəftarlarına geri dönürlər. O ana qədər kökündən həll etdiklərini, tamamilə düzəltdiklərini sandıqları o əksikliklərini əslində heç düzəltmədiklərini də ancaq belə bir vəziyyət meydana gəlincə anlayırlar.

Bəzən də insanların -cəmiyyətdə istifadə edilən ifadə ilə desək- "son damlaları" vardır. Hər şeyə qarşı dözümləri vardır, amma o "son damlaları" olan nöqtədə bütün idarələrini itirirlər. Bəzən bu "son damla" bir söz beləolabilər. Bəzən bir rəftar, bəzən müəyyən şərtlər, bəzən də müəyyən bir insandan gələn reaksiyalar. Belə bir adam ən ağır sözlərə qarşı gözəl bir səbr göstərib, gözəl əxlaqla qarşılıq verə bildiyihalda, bir kəlməilə səbrini itirir. Ya da hər kəsin etdiyi səhvlər və ya verdiyi reaksiyalar onu narahat etmədiyihalda, müəyyən bir adamın rəftarı onda müdhiş bir narahatlıq meydana gətirir. Bu "son damlaları" yaxşı təsbit edə bilməyən, ya da təsbit etdiklərində xüsusilə bu mövzu üzərində nəfslərini yaxşı öyrətməmiş olan kəslər də səhvlərinə asanlıqla geri dönə bilərlər.

Amma əhəmiyyətli olan insanın belə vəziyyətlərlə qarşılaşmadan əvvəl o qüsurundan həqiqətən xilas olub-ola bilmədiyini yaxşı analiz edə bilməsidir. Buna görə də elə bir səhvi heç etməyəcək şəkildə özünü öyrədə bilməsidir. Çünki istədiyi təqdirdə insan buna da güc yetirə bilər.Amma bunun üçün lazım olan şərt, "adamın özünə qarşı çox dürüst olmasıdır".Özünə "kənardan baxabilməsidir. Nəfsinə acımamasıdır. Özünü haqlı görməməsidir. Qüsurunu üzürlü hesab etməməsidir".Özünü "ehtiyacsız"hesabetməməsidir. Əksikləri ola biləcəyinə heç ehtimal vermədən "Mən onsuz da yaxşıyam", "mən dəyişdim", "mən əlimdən gələni edirəm", "mən onsuz da səmimiyəm" deməməsidir.Bu tərz məntiqlərin şəxsiyyətini dəyişdirməsinə mənfi təsir edə biləcəyini bilməlidir.

Belə bir adam nəfsinə qarşı daha sərt tədbirlər almalıdır. İradəsini daha çox gücləndirməlidir. Səhv yönlərinə qarşı daha köklü tədbirlər almalıdır. Nəfsindəki əksiklikləri yaxşı təsbit edib bu mövzuda əksinə hərəkət etməlidir. Məsələn, nəfsində tənbəllik varsa, israrla daha da çalışqan olmaq, hər gördüyü işə atılmaq, hər ehtiyacı olana birinci köməyə qaçmaq üçün diqqət verməlidir. Qürurlu və eqoist bir quruluşu varsa, gün ərzində hər fürsətdə qardaşlarına qarşı qürurunu qıran təvazökarca sözlər söyləməlidir. Narahatlıq duyduğu, hirsləndiyi, qısqandığı, dözmədiyi müəyyənadam varsa, xüsusilə o adama qarşı bir hörmət, sevgi, maraq, şəfqət və qayğı göstərməlidir. Bu adama hörmətlə yanaşmalı, köməyə ehtiyacı olduğunda ilk önə atılan o olmalı, danışıqlarında o adamı ön plana çıxaran və ucaldan sevgi dolu bir üslub istifadə etməlidir.
Əgər nəfsinin öyrətməyə çalışdığı pis xüsusiyyəti varsa, bu pis xasiyyətinin özünə "Allahın sevgisini itirə biləcəyini" yaxşı düşünməlidir."Allahın sevgisi, dostluğu, rəhməti" bir insanın dünyada qarşılaşa biləcəyi bütün nemətlərdən daha üstünvə heç nəilə müqayisə edilməyəcək böyük bir nemətdir. İnsana"Al, dünyanın hamısı sənin olsun, bütün zənginliklər, bütün evlər, avtomobillər, bütün yeməklər, gözəl məkanlar,qısacası ağlına gələn hər şey və hamısı sənin olsun" deyilsə, amma bu insan Allahın sevgisini itirmiş olsa, bunların heç biri onu xoşbəxt edə bilməz və heç birinin dəyəri olmaz. Allahın sevgisindən məhrum olmaq, heç bir nemətlə müqayisə edilə bilməyəcək bir itkidir. İnsanın əlində sahib olduğu bir dünya malı olmasa, amma Allahın sevgisi, dostluğu, yaxınlığı olsa, bundan duyulabiləcək xoşbəxtlik heç bir şeylə müqayisə edilə bilməyəcək qədər böyük olar. Buna görə əgər insan bir əksiyini düzəltməkdə "iradəsinin çatmadığını", "əlindən gələni etdiyini, amma həll edə bilmədiyini" düşünürsə, əvvəl bu böyük təhlükəni yaxşıca düşünməli, sonra eyni sözü o qədər rahat söyləyib-söyləyə bilməyəcəyini bir daha düşünməlidir. "İradəm çatmır" sözü möminin söyləyəcəyi bir söz deyil. Mömin özünə gücsüzlüyü, iradəsizliyi yaraşdırmaz və belə bir şeyi əsla qəbul etməz. Nə qədər çətinlik çəkirsə-çəksin yenə də söyləcəyi söz"Mən Allahın iznilə bunu həll edərəm, Allah mənə kömək edər" olar.Bu sözü söyləyən bir insana Allah o yolda bütün qapıları açar, güc-qüvvət verər. O səhvini düzəldən ağılı Allah o insanın ruhunda meydana gətirər.
Bu səbəblə səhvini düzəltmək istəyən insanın ilk edəcəyi şey "Allaha güvənib dözmək" olmalıdır. Nəfsinə qarşı dürüst və səmimi yaxınlaşmaq, bu mövzuda əlindən gələn bütün səyi göstərmək və Allahın özünə kömək edəcəyindən qəti əmin olmaq...

Allahın insanlardan "güclərinin çatmayacağı bir şeyi istəməyəcəyini" əsla unutmamalıdır.Əgər Allah insanın qarşısına həll etməsi, düzəltməsi lazım olan bir səhvi çıxardırsa, o adama mütləq bunu edə biləcək gücü də vermişdir.
(səs: 1)
Şərhlər: 4
Baxılıb: 3 123
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri