Sevdiyimiz,
həvəslə izlədiyimiz, sahib olmaq üçün gecə-gündüz çalışdığımız
maşınların markalarının nə məna daşıdığını bilirsiniz? Avtomobil
markaları ilə bağlı ən maraqlı faktları sizlərə təqdim edirik.
«Mitsubishi»- Yaponiyanın nəhəng şirkətlərindən olan «Mitsubishi» adını
qədim yapon savaşçıları olan samurayların emblemindən götürüb. Emblem
Mitsu (üç) və bishi (almaz) kəlmələrinin birləşməsindən yaranıb.
«Mercedes-Benz» — avstraliyalı tacir Emil Jelinek 1897-ci ildə yarış
qazanan maşınına qızı Mercedesin adını qoyub. Bunun şərəfinə şirkətin
yaradıcıları olan Qottlieb Daimler və Karl Benz istehsal etdikləri
maşına «Mercedes» adını qoydular.
«Mazda»- Şirkətin emblemində qanadlarını açan at təsvir edilir. Bu işarə Zərdüştlərin xeyir tanrısı Ahura Mazdadan alınıb.
«Hyundai»- Koreya dilində «modern, çağdaş» deməkdir.
«Kia» — Koreyanın ikinci böyük avtomobil şirkətinin adı «Asiyada doğulan» deməkdir.
«Cadillac» — 1902-ci ildə qurulan şirkət öz adını ABŞ-ın Detroyt
şəhərini quran və 16-cı əsrdə yaşayan fransız səyyah Antoine de la Mote
Cadillacdan götürüb.
«Pontiac» — məşhur ABŞ markası adını 1700-cü illərdə yaşayan hindu polis rəisi olan Pontiak Obvandiyaqdan alıb.
«Jeep» — hərbi məqsədlərlə istehsal edilən ilk yolsuzluq maşının adını
cizgi filmindəki (Temel Rəis) «Eugene the Jeep» adlı heyvandan aldığı
iddia edilir. Sonradan bütün markaların bu tip maşınları «Jeep»
adlanmağa başlayıb.
«Dacia»- Rumıniyanın ən böyük avtomobil şirkəti olan «Dacia» eyni zamanda ölkənin də antik adıdır.
«Lexus» — Latın dilində «qanun» mənasını verir.
"Škoda" — Çexiya şirkəti olan avtoistehsalçı adını qurucusu olan Emil
von Škodadan alıb. "Škoda" bir zamanların ən böyük silah
istehsalçılarından da olub. Çex dilində mənası «zədəli» deməkdir.
«Audi» — latın dilində «eşitdim, duydum» mənasını daşıyır.
«Aston Martin» — İngiltərənin idman maşını istehsalçısı olan «Aston
Martin» adını qurucularından biri olan Lionel Martinin istehsal etdiyi
yarış maşınlarını sınaqdan çıxardığı Aston təpəsindən alıb.
BMW — BMW-nin açılışı «Bayerische Motor Werke» (Bavyera Mühərrik Fabriki) deməkdir.
FİAT — İtalyan avtomobil firmasının adının mənası «Fabbrica İtaliana
Automobili Torino» (Torino İtaliya Avtomobil Fabriki) deməkdir.
«Nissan» — 1934-cü ildə Jidosha-Seizo co. və Nihon Sangyo co.
şirkətləri birləşib. Bu iki adın birləşməsinin yapon dilində qısa
şəkildə «Nissan» adlanıb. Eyni ildə şirkət «Nissan Jidosha Kabushiki
Gaisha» (Nissan Mühərrik şirkəti) adını alır.
"İnfiniti" — «Nissan»ın ABŞ bazarı üçün istehsal etdiyi lüks maşın
markasıdır. Adı ingilis dilində «ucsuz, bucaqsız» mənasını verir.
«Ford» — Adını yaradıcısı Henri Forddan alıb.
«Opel» — Adını yaradıcısı olan Adam Opeldən alıb.
«Porsche» — şirkət «Volkswagen»in məşhur tısbağa modelini dizayn edən
mühəndis Ferdinand Porschenin oğlu Ferri Porschedən tərəfindən qurulub.
«Jaguar» — İngiltərənin lüks maşın istehsalçısı olan şirkət adını
Cənubi Amerikadakı yırtıcı heyvan pantera olan «Jaguar»dan alıb. İlk
dəfə şirkətin adı «SS Jaguar» adlanıb. İkinci dünya müharibəsindən sonra
SS yığışdırılıb.
«Ferrari» — adını şirkətin qurucusu və məşhur yarışçı olan Enzo Ferraridən götürüb.
«Bugatti» — lüks avtomobil firması adını Ettore Bugattidən alıb.
«Peugeot» — ilk qəhvə dəyirmanı və velosiped markası olan şirkət adını Emille Pujodan alıb.
«Hummer» — avtomobilin adı yüksək hərəkət qabiliyyətli, çox funksiyalı vasitə mənasına gələn «Humvee»dən götürülüb.
«Land Rover» — müflüs olan İngilis «Rover» şirkətinin «Tata»ya satdığı
yolsuzluq maşınıdır. Rover «səyyah» mənasına gəlir. Suv markası «Range
Rover».
«Rolls-Royce» — əl işi olan nadir lüks maşınları ilə fərqlənən
avtomobil markası adını yaradıcıları olan Steven Rolls və Henri Roysdan
götürüb.
«Volkswagen» — alman dilidə «xalq maşını» mənasını daşıyır.