Tənhalıq insan ömrünü qısaldır

Müəllif: Mr. OffiCeR
Şərhlər: 7
Baxılıb: 2 682
Səs ver:
(səs: 1)
BBC-yə verilən məlumata görə, 1600-dək yaşlı insan üzərində tibbi tədqiqat aparmış ABŞ alimləri tənhalıq hissi keçirənlər arasında ölüm riskinin az qala 2 dəfə artıq olduğunu aşkar ediblər.

Tənhalıq eləcə də, funksional tənəzzül və gündəlik fəallığın düşməsilə də müşayət olunub.

Orta yaşı 71 olan yaşlılar qrupunun üzvlərindən onların özlərini "atılmış, təcrid olunmuş, yaxud ünsiyyətdən məhrum olunmuş" hiss edib-etmədikləri soruşulub. Həmin yaşlılar qrupundan olanların təxminən 43%-i sadalanan "tənhalıq" anlamını təşkil edən 3 vəziyyətlərdən birini yaşadıqlarını bildiriblər.

Kaliforniya Universitetindən Carla Perissinottonun rəhbərlik etdiyi elmi qrup aparılmış tədqiqatların nəticələrini Archives of İnternal Medicine internet jurnalında dərc etdirib. Məqalədə bunlar qeyd edilib:"Tənhalıq yaşlı adamların tutulduğu xəstəliklərin ümumi mənbəyi sayıla bilər. Biz göstəririk ki, bu eləcə də ölüm halları və müxtəlif yollarla orqanizmin funksional tənəzzülünə gətirən risk faktorudur".

ABŞ-da keçirilən ayrı bir tədqiqatın nəticələri də eyni jurnalda dərc olunub.

Bu tədqiqatda tənha yaşayan və qan damarlarında tromb əmələ gəlməsindən əziyyət çəkən insanların ürək xəstəliklərindən ölmək riskinin daha artıq olduğu göstərilib.

Alimlər 44,573 orta yaş həddində olan iştirakçıları müayinə ediblər, onlardan 8,594 nəfəri tənha həyat tərzi sürənlər olub.
4 il ərzində aparılmış müşahidələr nəticəsində tənha yaşayanların ölüm riskinin 3% artıq olması müəyyən edilmişdir.
Həmin müdət ərzində ürək xəstəliklərindən ölmək riski tənhalar üçün 7%-dən 8,6%-dək artıq olub.
(səs: 1)
Şərhlər: 7
Baxılıb: 2 682
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri