Xoşbəxtlik DNT-dən asılıdır

Şərhlər: 3
Baxılıb: 1 590
Səs ver:
(səs: 1)
Xoşbəxtlik hormonu heç də təkcə xarici amillərdən asılı deyil. AZƏRTAC "medvesti.ru" saytına istinadla xəbər verir ki, Maykl Minkovun başçılığı ilə Vernen Menecment İnstitutunun (Bolqarıstan) bir qrup alimi belə qənaətə gəlib.

Ölkələr üzrə xoşbəxtlik reytinqini tərtib edən ekspertlər gözlənilməz nəticəyə gəliblər. Məlum olub ki, ən xoşbəxt adamlar Meksika, Qana, Nigeriya, Kolumbiya, Ekvadorda yaşayırlar. İran, İordaniya, Çin, Honkonq və Tayvan sakinləri də özlərini yaxşı hiss edirlər. Mərkəzi Avropa vətəndaşları da xoşbəxtdirlər, amma orta səviyyədə.

Ola bilsin, söhbət əsası bəşəriyyətin konkret ərazidə inkişafı prosesində təşəkkül tapan xüsusi genlərdən gedir. Əks halda alimlər nigeriyalıların nə üçün özlərini almanlardan daha yaxşı hiss etdiklərini izah edə bilmirlər.
(səs: 1)
Şərhlər: 3
Baxılıb: 1 590
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri